Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediyada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar (yalnız Bank of Bakuya məxsus ATM və POS-larda istifadə üçün nəzərdə tutulmuşdur)
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

ÇPY/TMM

Çirkli Pulların Leqallaşdırılması və Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə

Azərbaycan dövləti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir çox islahatlar həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı  mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı»nda ölkəmizdə beynəlxalq standartlara uyğun PL/TMM sisteminin formalaşdırılması üçün müvafiq tədbirlər əks olunmuşdur. Məhz bu Planın reallaşdırılması çərçivəsində 10 fevral 2009-cu il tarixdə PL/TMM üzrə əsas Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun FATF-ın «40 +9» tövsiyyələri və digər aparıcı beynəlxalq sənədlərlə müəyyən edilmiş standartlar əsasında tərtib olunmuşdur.

«Bank of Baku» ASC.nin PL/TMM üzrə əsas proqramı 10 yanvar 2011-ci ildə Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir və 15 iyun 2010-cu ildə Bankda PL/TMM sahəsini kurasiya edən Məsul şəxs təyin edilmişdir. PL/TMM üzrə Bankdaxili qayda və prosedurlar əsasən şübhəli əməliyyatların aşkarlanmasını, qarşısının alınmasını və bu baradə Azərbaycan Republikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə (MMX) məlumatların ötürülməsini, həmçinin cari əməliyyatlara dair məlumatların MMX.ə təqdim edilməsini, «shell» şirkətlərlə əməliyyatların/münasibətlərin qadağan edilməsini, xarici dövlətlərin siyasi xadimləri, o cümlədən onların qohumları (PEP) ilə münasibətlərin tənzimlənməsini, Bank əməliyyatlarının monitorinq edilməsini, Bankın PL/TMM üzrə daxili qayda və prosedurlarının Bankın bütün filial və nümayəndəliklərində tətbiq edilməsini və s. özündə əks etdirir. Bankın Öz Müştərini Tanı (ÖMT) siyasətinə uyğun olaraq, hər bir müştəri identifikasiya edilir, eləcə də vəsaitlərin mənşəyi, sahibi haqqında və s. kimi mövcud məlumatlar müxtəlif üsullarla verifikasiya edilir. «Bank of Baku» ASC həmçinin əməkdaşlıq etdiyi müxbir bankların öz ölkələrində fəaliyyət göstərmək üçün lisenziyaya malik olmalarını müəyyənləşdirmək üçün müvafiq tədbirlər görür. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, OFAC/SDN və Azərbaycan hökuməti və ya digər səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmiş siyahılarda qeyd edilən şəxslərin adları xüsusi Bank əməliyyat proqramı sayəsində Bankın bütün müştəriləri ilə qarşılaşdırılır və həmçinin «Thomson Reuters» şirkətinin «World-Check» xidmətlərindən də istifadə edilir. Bank mütəmadi olaraq əməkdaşlarına PL/TMM üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, qanunvericilikdə baş verən yenilik və dəyişikliklər, şübhəli əməliyyatların aşkarlanması, beynəlxalq standartlar və s. kimi mövzularda təlimlər keçirir və qanunvericilikdə, normativ aktlarda hər hansı dəyişikliklər olduqda, Bank bu dəyişiklikləri nəzərə alır və bankdaxili qayda və prosedurlarında əsk etdirir.

Zərurət yarandığı təqdirdə “Bank of Baku” ASC.nin ÇPY/TMM Xidməti ilə qeyd edilən elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz: Compliance@bankofbaku.com

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio