Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Anar Abbasov: “İŞKART şirkətin əməliyyat xərclərini azaldır, nağd pulun daşınmasına və saxlanılmasına əlavə resurs sərf etmir”

10 Fevral 2017

Korporativ Bankçılıq sahəsində fəaliyyət dairəsini genişləndirən Bank of Baku bu yaxınlarda bazara yeni məhsulunu – İŞKART – biznes kartını təqdim etdi. Kartın özəllikləri, sahibinə təqdim etdiyi üstünlükləri və gələcəkdə gözlənilən mümkün yenilikləri haqqında Bankın “Rəqəmsal bankçılıq və layihələrin idarə edilməsi Departamenti”nin direktoru Anar Abbasovla etdiyimiz müsahibəni sizə təqdim edirik.

1) “İşkart” barədə məlumat verərdiniz? Bu məhsulun bazara çıxarılmasına zərurət necə yarandı?

İŞKART – hüquqi şəxsin və ya fərdi sahibkarın bilavasitə bank hesabına bağlı olan korporativ kartın brend adıdır. Son illərdə dövlətimiz tərəfindən nağdsız dövriyyənin artırılması istiqamətində işlər aparılıb, Mərkəzi Bankın və Vergilər Nazirliyinin təlimatlarına və qanunvericiliyə bir sıra əlavələr və dəyişikliklər olunub, ən mühüm dəyişiklər isə bu ilin yanvar ayından etibarən qüvvəyə minmişdir. Sahibkarlar tərəfindən bir çox əməliyyatların nağd qaydada keçirilməsi məhdudlaşdırılmış, bəzi sahibkarlıq növü ilə məşğul olan qurumların (misal üçün Sığorta, BOKT, Turizm) isə ümümiyyətlə nağd şəkildə əməliyyatların aparılmasına qadağa qoyulmuşdur. Bundan başqa qeyd edim ki, bank hesabından aparılan istənilən nağdlaşdırılma əməliyyatına görə əlavə 1% həcmində vergi tutulur. Bütün bu dəyişikliklər də sahibkarı məcbur edir ki, əməliyyatlarını nağdsız (hesabdan-hesaba köçürmə yolu ilə, pos-terminal və ya onlayn ödənişlə) şəkildə həyata keçirtsin. Sırf belə hallarda bizim İŞKART həm hüquqi şəxslərə, həm də sahibkarlara hərtərəfli dəstək olmağa hazırdır.

2) “İŞKART”ı kimlər və necə əldə edə bilər? Hansısa şərtlər, tələblər varmı?

İŞKART-ı VÖEN hesabı olan və bizim Bankda cari hesab açdıran istənilən hüquqi şəxs və ya fərdi sahibkar əldə edə bilər. Ümumiyyətlə, VÖEN əsasında fəaliyyət göstərən, yəni xidmət sahəsində çalışan və ya hər hansısa bir iş müqabilində gəlirindən vergi ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar – SMM və elektron kommersiya xidməti ilə məşğul olan şəxslər, fotoqraflar, dərzilər, taksi sürücüləri, ustalar, incəsənət xadimləri, dizaynerlər, tur bələdçilər, vəkillər və digər şəxslər artıq bütün dövriyyələrini bu kartlarla apara biləcəklər. Onu da qeyd edim ki, Bankımızın 23 illiyi ilə əlaqədar olaraq yeni kampaniyaya start vermişik. Kampaniya çərçivəsində 27 fevral tarixinədək müştərilərimiz İŞKARTı tam pulsuz olaraq əldə edə biləcəklər. Fiziki və hüquqi şəxslərə üzümü tutub, bu kampaniyadan faydalanmağa dəvət edirəm.

3) Kart sahibkarlara hansı imkanlar, üstünlüklər qazandırır?

Öncə də qeyd etdiyim kimi, İŞKART vasitəsilə sahibkar bütün növ nağdsız ödənişləri apara bilər. Məsələn, Gömrük rüsumları, Dövlət Sosial Müdafiə Fonduna köçürmələr, kommunal xidmətlərə görə ödənişlər, vergi borclarının ödənişləri, hər hansı bir mal və ya xidmətin alışı (istər pos-terminalla, istərsə də elektron kommersiya vasitəsilə onlayn olaraq), işçilərin ezamiyyət və nəqliyyat xərcləri belə İŞKART ilə ödənilə bilər. Həmçinin artıq sahibkarlar öz cari hesablarından pulu sadəcə nağdlaşdırmaq istədikləri halda, banka yaxınlaşmadan, növbədə durmadan istənilən vaxt Bank of Baku bankomatlarından daha endirimli tariflə çıxarda bilərlər. Qeyd edim ki, vəsait filialda nağdlaşdırılarsa, bu halda biz 0,7%, kart vasitəsilə nağdlaşdırılarsa, isə cəmi 0,5% komissiya tədbiq edirik. Nağdsız ödəniş olduğu halda isə ümumiyyətlə heç bir əlavə komissiya tədbiq edilmir və burada sahibkar ümumi minimum 1,5%-ə ( yəni 0,5% nağdlaşdırmaya görə və 1% vergi xərcinə) qənaət etmiş olur. Gördüyünüz kimi İŞKART şirkətin əməliyyat xərclərini azaldır, nağd pulun daşınmasına və saxlanılmasına əlavə resurs sərf etmir, digər ölkələrə ezamiyyət zamanı xarici valyutanı almağa və ya valyuta hesabını açmağa, sərhəddi keçəndə əlavə deklarasiyanı rəsmiləşdirməyə ehtiyac qalmır, çünki artıq xarici ölkədə sahibkar və ya onun əməkdaşı bütün alış-verişini cari hesabına bağlanmış kartla edə biləcək və vəsait o hesabdan avtomatik olaraq getdiyi ölkənin valyutasına konvertasiya olunacaq. Şirkət mühasibi bütün xərcləri rahatlıqla İnternet bankçılıq xidmətimiz vasitəsilə kontrol və ya idarə edə bilər. Kart SMS-bankçılıq xidmətinə qoşulduğu zaman bütün alış-veriş əməliyyatları barədə telefon nömrəsinə mövcud vaxt rejimində bildiriş göndərilir. Həmçinin çek kitabçasına da çox əlverişli bir alternativdir. Kartda pulun saxlanılması, habelə, nağd pulun itirilməsi və ya oğurlanması riskini də azaldır. Müştəri kart itdiyi zaman çox asanlıqla İnternet bankçılığa daxil olaraq və ya 145 Məlumat Mərkəzimizə zəng edərək kartı bloklaşdıra bilər.

4) Bu kartla bağlı “Bank of Baku”nun hədəfləri necədir?

Hal-hazırda İŞKART müştərilərə həm debet, həm də kredit funksiyasına malik olmaqla verilir, yəni sahibkar yalnız cari hesabındakı şəxsi pulunu yox, həmçinin ona ayrılmış kredit xəttindən də istifadə edərək biznesini daima idarə edə bilər. İŞKART ilə bağlı bir digər maraqlı konsepsiyamız da var ki, amma onunla bağlı indi yox yaxın gələcəkdə Sizə məlumat verəcəm.

5) Bank iş adamlarına fokuslanmış daha hansı məhsul və xidmətlər planlaşdırır?

Bildiyiniz kimi, “Bank of Baku” artıq Korporativ Bankçılıq üzrə fəaliyyət dairəsini genişləndirir və bu istiqamətdə bir çox işlər görür. Bu işlərin bir nümunəsi olaraq, İŞKART məhsulumuzu, yenilənərək, daha da geniş imkanlar təqdim edən İnternet Bankçılıq və digər xidmətlərimizi göstərə bilərik. Növbəti addım olaraq İnternet Bankçılıq xidmətimizi daha da təkmilləşdirməyi düşünürük, misal olaraq deyə bilərəm ki, bu yaxınlarda hüquqi şəxslər üçün əmək haqqı layihəsini İnternet bankçılıq üzərindən reallaşdırmağı planlaşdırırıq. Yəni əməkdaşlarına Bank of Baku kartları ilə əmək haqqı ödəyən şirkət mühasibi artıq Banka gəlmədən bu əməliyyatı İnternet Bankçılıq vasitəsilə rahat şəkildə icra edə biləcək. Bu il ümümiyyətlə sahibkarlarımız üçün sürpriz dolu bir ilimiz olacaq. Gələcəkdə, Sizlər də bunun şahidi olacaqsınız.


Mənbə: https://report.az/maliyye/anar-abbasov-i-skart-sirketin-emeliyyat-xerclerini-azaldir/

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio