Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Azərbaycanın ilk taksit kartı Bolkart: “Dünən, bu gün və sabah!”

16 İyun 2016

Müsahibimiz, “Bank of Baku”nun Satış Kanallarının İdarəedilməsi Departamentinin direktoru Nicat Bağırovdur. Nicat bəylə, ölkəmizin ilk taksit kartı Bolkartın dünənindən, bu günündən və sabahından danışdıq.

1. Nicat bəy, ilk növbədə müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. “Bank of Baku” bu il də "Nağdsız Ödənişlər üzrə Lider Bank" nominasıyasında qalib gəlib. Banco.az adından sizi və sizin timsalınızda “Bank of Baku” kollektivini təbrik edirəm. İstərdim ki, bu uğurun əldə olunmasında Bolkartın oynadığı roldan danışasınız?

İlk olaraq təbrikiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, belə bir qalibiyyət yalnız bütün kollektivin birgə və qarşılıqlı əməyi nəticəsində qazanıla bilər. Bəli, artıq 3 ildir ki, Mərkəzi Bank tərəfindən Nağdsız Ödənişlər üzrə Lider Bank elan olunuruq. Bu bir daha onu sübut edir ki, Bankımız ölkədə nağdsız ödənişlərin inkişafına böyük önəm verir və bu istiqamətdə görülən işlər öz nəticəsini göstərir.

Əminliklə deyə bilərəm ki, bu qələbəmizi, uğurumuzu partnyorlarımıza və illərdir bizə etibar edən müştərilərimizə borcluyuq. Çünki, nağdsız əməliyyatların böyük bir hissəsi məhz partnyorluq münasibətləri əsasında qurulmuş ticarət subyektlərində, xidmət sahələrində, ödəniş platformalarında aparılır.

Əslində “Bank of Baku” daha əvvəllər də müştərilərinə nağdsız ödənişlər üzrə imkanlar yaratmışdı və bunu həmin dövrlər üçün kifayət qədər iri dövriyyələr hesab etmək olardı. Belə ki, Bank müştərilərin istehlak məqsədilə almaq istədikləri məhsulların dəyərini onların yerinə həmin mağazaya ödəyirdi. Lakin bu formada əməliyyatların bir sıra çətinlikləri olduğu üçün, məhdud sahələrdə keçərli idi. Müştəri hər dəfə banka yaxınlaşmalı olurdu, qeyri-iş günlərində xidmətdən istifadə etmək mümkün olmurdu və s. Təbii ki, müştərilərimizin daha rahat və əlverişli şərtlərlə alış-veriş etməsi və imkanlardan yararlana bilməsi üçün “taksit kart” məhsulunun yaradılması zəruri hala çevrildi.

Bununla da, Bolkart yaradıldı. Bundan sonra artıq müştərilər sadəcə banka yaxınlaşıb Bolkart əldə etməklə, istədikləri zaman alış-veriş etmə və ödənişlərini seçdikləri müddətə bölmək imkanı əldə etdilər. Ən vacib məsələlərdən biri də, müştərilərlə yanaşı ticarət subyektləri ilə münasibətlərin qurulması, onların fəaliyyətinin dəstəklənməsi və nağdsız ödənişlərin təşviq edilməsində birgə ortaq ödəniş imkanlarının yaradılması idi.

Azərbaycanın ilk taksit kartı olan Bolkartın sayəsində əhali arasında kredit kartlarına və nağdsız ödənişlərə maraq sürətlə artdı. Banklar da öz diqqətlərini bu sahəyə yönəltdilər. Nəticədə ölkədə ödəniş kartı olan müştərilərin sayı sürətlə artmağa başladı və bu tendensiya müştərilərdə ödənişlərini nağdsız formada aparma vərdişlərini yaratdı.

Hələ də iri bankların bu sahəyə olan marağını nəzərə alaraq deyə bilərəm ki, növbəti bir neçə il ərzində kart istifadəçilərinin sayının dəfələrlə artması müşahidə olunacaq. Bu səbəbdən banklar bütün sahələr üzrə fəaliyyət göstərən sahibkarlar üçün kartla ödənişlərin əlçatan olmasına çalışmalıdır.

Göstərilən tədbirlər Bolkart layihəsinin bazarda uğurlu mövqeləndirilməsinə xidmət etmişdir.

2. Taksit kart bazarında artıq 5 ildir ki, Bolkart var və bu illərdə daha sonradan bazara daxil olmuş analoji kartlar ilə ciddi rəqabət mühitindədir. Bu 5 ildə Bolkart öz fərqini necə ortaya qoydu?

Bir az əvvəl də vurğuladığınız kimi “Bolkart” Azərbaycanın ilk taksit kartıdır. Bolkart bazara daxil olandan yüz minlərlə insanın sevgisini qazandı və insanlar arasında çox böyük marağa səbəb oldu.

2011-ci ildən sonra ölkənin bir neçə iri bankları da bazara öz taksit kart məhsullarını çıxartdılar. Lakin sonrakı mərhələlərdə müşahidə etdik ki, bir çox kartlar bazardan çıxdı və insanlarda maraq qazana bilmədi.

Bolkart öz müştərilərinə sərfəli imkanlar, bol üstünlüklər təqdim etdi. Layihənin öz fərqini ortaya qoyduğunu göstərən əsas faktor isə daima yeniliklərin olmasıdır. Məsələn, məlum olduğu kimi bir il öncə Bolkart yeniləndi və hər kəsə ÖZƏL 5 yeni Bolkart (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Business, Bolkart Diamond) məhsulu bazara təqdim olundu.

Biz burda nəyə önəm verdik?

İlk növbədə hər müştəri özünə və istəklərinə uyğun “Bolkart” seçə bildi.

Bildirmək istərdim ki, hər Bolkart növünün öz üstünlükləri var. Məsələn, “Bolkart Gənc” kartları daha çox gənclərə xitab edir. Əyləncə mərkəzlərində, fast-food restoranlarında, kinoteatrlarda əlavə üstünlüklər qazandırır. “Bolkart Ailə” kartları məişət, mebel, supermarket sektorunda əlavə bonuslar və imkanlar yaradır. “Bolkart Gold” və “Bolkart Business” daha çox iş adamları üçün yaradılmış kartlardır. “Bolkart Diamond” isə bizim premium müştərilər üçün nəzərdə tutulub. Onu əldə edənlərə PRIORITY PASS kartı da təqdim edilir. Bu müştərilərə hava limanlarında onlar üçün xüsusi ayrılmış restoranlarda istirahət imkanı təqdim edir. Bu dünyada olduqca məşhur bir xidmətdir. Həmçinin, “Bolkart Diamond” sahibləri alış-veriş zamanı qazandıqları ballara əsasən MİL-lər qazanma imkanı əldə edirlər.

Bir məqamı da əlavə edim ki, apardığımız müşahidələr əsasında “Bolkart Debet” məhsuluna da son zamanlar diqqət çoxaldığının şahidi oluruq. Deyərdim ki, ölkəmizdə artıq öz vəsaitlərini karta yerləşdirib xərcləməyə üstünlük verən müştəri kontingenti formalaşıb. “Bolkart Debet” bu müştərilərin tamamilə istəkləri üst-üstə düşən bir məhsuldur.

Yəni daima fərqlənmək və uğur üçün yeniliklər etmək önəmlidir. Fikrimcə, inkişaf kəşflərə söykənir.

3. Bir halda ki, rəqabətdən danışdıq. İstərdim ki, mövcud iqtisadi şəraitin təsirlərindən də bir az danışaq. Düşünürəm ölkəmizdəki iqtisadi gərginlik rəqabət mühitini daha da qızışdırır. Nicat bəy, devalvasiya kart bazarına necə təsir göstərdi və “Bank of Baku” bu dövrdə öz fəaliyyətini necə qiymətləndirir?

Maraqlı sualdır. Bildiyimiz kimi, ölkəmizdə iki dəfə devalvasiya baş verdi. Deyərdim ki, bu proseslər ən çox banklara təsir etdi. Əmanətlərin sürətlə dollarlaşması, müştərilər tərəfindən aylıq kredit ödənişlərinin yerinə yetirilməməsi və digər amillər bank sektorunun dayanıqlılığını sınağa çəkdi. Bütün bunlara baxmayaraq qürurla deyə bilərəm ki, Bankımız kifayət qədər dayanıqlı və maliyyə sabitliyi olan bir bankdır. Bunu maliyyə göstəricilərimiz də göstərir.

Təbii ki, bizdə də devalvasiya sonrasında müəyyən çətinliklər oldu. Qeyd edim ki, birinci devalvasiya “Bolkart” müştərilərinə bir o qədər də təsir etmədi. Həmin dövrdə insanlar yenə də öz kartlarından istifadə edirdilər. Lakin, ikinci devalvasiyadan sonra artıq bir sıra müştərilərin ödənişlərində müəyyən problemlər olduğunu müşahidə etdik. Lakin, bu zaman aralığında alış-verişləri ilə fərqlənən və öz ödənişlərində intizamlı olan müştərilərdə heç bir dəyişiklik etmədik. Onlar həmişəki qaydada öz kartlarından istifadə etməyə davam etdilər. Bu gün də müşahidə edirik ki, onlar alış-verişlərini eyni qaydada davam etdirirlər. “Bolkart” onlar üçün yenə də doğma bir kartdır və bol-bol imkanlardır.

4. Bildiyimiz kimi müştərilər artıq yenidən Bolkart sifarişləri edə bilərlər. Yeni şərtlər və imkanlar barədə məlumat verə bilərsinizmi?

Məlum olduğu kimi, devalvasiya ərəfəsində “Bolkart”ın yenilənməsi prosesi gedirdi və köhnə müştərilər öz “Bolkart”larını yeniləri ilə əvəzləyirdilər. Əslində “Bolkart”ın verilməsi dayanmamışdı, sadəcə köhnə kartların dəyişilməsi prosesi gedirdi və bu proses bir az uzandı. Artıq yeni müştərilər Bankımıza yaxınlaşıb “Bolkart” üçün müraciət edə bilərlər. Vurğulamaq istərdim ki, “Bolkart” yalnız manatla təqdim olunan taksit kartıdır.

5. Əgər sirr deyilsə, “Bolkart” layihəsində yaxın zamanlarda nə kimi yeniliklər, dəyişikliklər gözlənilir?

Bildiyiniz kimi, “Bank of Baku” yenilikçi və innovativ bankdır. Biz öz ənənələrimizə sadiq qalaraq müştərilərimizin istək və tələblərinə uyğun məhsul və xidmətlərimizi yeniləyirik. Bir çox ticarət sahələrində alış-veriş əməliyyatlarının böyük hissəsi nağd şəkildə aparılması üçün ediləcək işlərimiz hələ də çoxdur. Məlum olduğu kimi, “Bank of Baku”nun özünün daxili prossesinq mərkəzi var və bu bizə böyük imkanlar yaradır. Bunu deyə bilərəm ki, bu yaxınlarda müştərilərimizə yeni bir imkan yaradacağıq. Bu isə hələ ki, sirr olaraq qalsın (gülümsəyir).”

6. Suallarımızı cavablandırdığınız üçün minnətdarıq. Sonda oxucularımıza nə demək istərdiniz?

Mən təşəkkür edirəm. Ümid edirəm, oxucularımız üçün faydalı məlumatlar təqdim edə bildik. Onları Bankımızın müştəriləri arasında görmək çox xoş olardı. Xidmətlərimizdən artıq bəhrələnənlər varsa, hər birinə bizi seçdikləri üçün təşəkkürümüzü bildirirəm.

Mənbə: http://banco.az/az/news/azerbaycanin-ilk-taksit-karti-bolkart-dunen-bu-gun-ve-sabah

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio