Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Köhnə Bolkart və digər kredit kartlarının şərtlərində dəyişiklik!

Hörmətli müştərilər,

Məlumat üçün bildiririk ki, 28.01.2016-cı il tarixindən etibarən köhnə Bolkartların yeni Bolkart kredit kartları ilə (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əvəzlənməsi və yenidən rəsmiləşdirilməsi bərpa olunur və KÖHNƏ BOLKARTLARIN istifadəsi ilə bağlı aşağıdakı qruplar üzrə dəyişikliklərin tətbiqi nəzərdə tutulur:

  • Həm yüksək istifadə, həm də gecikməsiz ödəniş aktivliliyi ilə seçilən kartlar üzrə limitin dəyişməz olaraq saxlanılması;
  • Uzun müddət aktiv olmayan kart hesablarının dondurulması;
  • Öhdəliklərin icrası üzrə gecikməyə görə ən azı bir dəfə blok olunan kart hesablarının bağlanması;
  • Yuxarıdakı qruplara aid olmayan kartların limitlərindən və borc məbləğindən asılı olaraq hesablar üzrə müvafiq limitlərin azaldılması.

Qeyd olunan dəyişikliklər məhz köhnə Bolkartlara şamil olunur. Müştərilər Banka yaxınlaşaraq yeni Bolkartı sifariş edib, limitlərinin yenidən baxılmasını yeni kartda təmin edə bilərlər. Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə Bankın istənilən filialına müraciət edə bilərlər.

Müraciətlər zamanı həm də müştərilərin Bankımızda olan kredit tarixçəsi və eyni zamanda digər kredit təşkilatlarında borcunun olub-olmaması nəzərə alınacaq.

Limiti dəyişməyən köhnə Bolkart sahibləri yaxın bir ay ərzində yeni Bolkartın alınması üçün Banka müraciət edərsə, birinci ilin xidmət haqqısından azad edilirlər.

Bank of Baku-nun müştərilərə təqdim etdiyi digər taksit kartlar (İdeal, MyBrands) üzrə də aşağıdakı dəyişikliklərin qəbulu təsdiq olunur:

  • Həm yüksək istifadə, həm də gecikməsiz ödəniş aktivliliyi ilə seçilərin kartlar üzrə limitin dəyişməz olaraq saxlanılması;
  • Uzun müddət aktiv olmayan kart hesablarının dondurulması;
  • Öhdəliklərin icrası üzrə gecikməyə görə ən azı bir dəfə blok olunan kart hesablarının bağlanması;
  • Yuxarıdakı qruplara aid olmayan kartların limitlərindən və borc məbləğindən asılı olaraq hesablar üzrə müvafiq limitlərin azaldılması.

Həm İdeal, həm də MyBrands kartlarının bütün üstünlükləri və funksiyaları yeni Bolkartlarda tam olaraq dəstəklənir.

İdeal və ya MyBrands kartların sahibləri də Banka yaxınlaşaraq yeni Bolkartı sifariş edib, limitlərinin yenidən baxılmasını yeni kartda təmin edə bilərlər.

İdeal və ya MyBrands kartları üzrə limiti dəyişməyən müştərilər yaxın bir ay ərzində yeni Bolkartın alınması üçün Banka müraciət edərsə, birinci ilin xidmət haqqısından azad edilirlər.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio