Kredit kalkulyatoru

Məbləğ
Müddət
ay
Faiz dərəcəsi
%
Aylıq faiz dərəcəsi
2.666
%
Aylıq ödəniş
196.8
AZN
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar (yalnız Bank of Bakuya məxsus ATM və POS-larda istifadə üçün nəzərdə tutulmuşdur)
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Dövlət ipoteka krediti

Kreditin məbləği: Mаks. 50000AZN
Müddət: min. 3 il - maks. 25 il
Faiz: illik 8 %

İlkin ödəniş:       

 25%-dən başlayaraq
  
Daha ətraflı

Sərfəli şərtlər

Sürətli rəsmiləşdirmə

Minimal ilkin ödəniş

Kredit kalkulyatoru
Kredit şərtləri

Müddət

  • min. 3 il - maks. 25 il

Faiz

  • illik 8%

İlkin ödəniş

  • 25%-dən başlayaraq

Ödəniş növü

  • Aylıq annuitetlə (Ödəniş qrafiki əsas məbləğ üzrə qabaqlandığı halda, faiz gecikmələri gecikmə kimi nəzərə alınmır)

Komissiya

  • Kreditin rəsmiləşdirilməsinə görə 0.1%

İpoteka kreditinin verilməsi (müraciətə baxılması) üçün tələb edilən sənədlər:

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti (notarial qaydada təsdiqlənməlidir).
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin notarial qaydada təsdiqlənmiş surəti). 2 nüsxə

Ərizəçiyə qarşı tələblər:

Ərizəçi

  • Azərbaycan Respublikasının vətandaşı

Qeydiyyat

  • Azərbaycan Respublikasının ərazisi

Yaş həddi

  • Kredit öhdəliyinin sonuncu ödəniş tarixinə qədər təqaüd yaşı tamam olmamalıdır

Ərizəçinin iş yeri

Sabit maliyyə durumu olan özəl və ya dövlət müəssisəsi

İş stajı

min. 6 ay (ümumi iş stajı min. 12 ay)


Qeyd: Borcalan (birgə borcalan) subay və ya boşanmış olduqda - subaylığı təsdiq edən VVADQ-dan arayış (Forma 14-ümumrespublika üzrə araşdırılmış) və həmin sənədin notarial qaydada təsdiqlənmiş surəti (2 nüsxə). Borcalan (birgə borcalan) boşanmış olduqda əlavə olaraq məhkəmə qərarının notarial qaydada təsdiqlənmiş surəti. 2 nüsxə

  • Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin notarial qaydada təsdiqlənmiş surəti)
  • Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin notarial qaydada təsdiqlənmiş surəti)
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s. əmək haqqı kartı hesabından çıxarış)
  • Borcalanın (birgə borcalanın) DSMF kartın surəti. DSMF ödənişləri barədə çıxarış (tələb olunduqda).
  • Borcalanın (birgə borcalanın) digər bankda və ya kredit təşkilatında cari kredit borcu olduqda həmin kreditə aid olan kredit müqaviləsinin, cədvəlin və ödənişlərini təsdiq edən sənədlərin surəti.
  • Alınan mənzilin “Çıxarış” –ın notarial qaydada təsdiqlənmiş surəti, və satıcın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti

Alınan mənzil yeni tikili olduqda:

  • Tikinti şirkətinə binanın tikilməsi üçün verilən icazənin notarial qaydada təsdiqlənmiş sürəti (icazə Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilir)
  • Mənzilin planı
  • İpoteka qoyulan yaşayış sahəsinin “Çıxarış” notarial qaydada təsdiqlənmiş surəti (Qeyd: İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd “Qeydiyyat vəsiqəsi” olduqda mütləq yeni “Çıxarış” la təzələnməlidir).
  • İpoteka qoyulan mənzil sahibinin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti.

İpotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər:

  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  • İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd Forma 1 (30 gün müddətində etibarlıdır).
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış Forma 2 (6 ay ərzində etibarlıdır).
  • İpoteka predmetinin sahibinin nigahın bağlanması (və ya boşanma) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. 2 nüsxə
  • İpoteka qoyulan yaşayış sahəsi sahibinin, həyat yoldaşının və həmin mənzildə qeydiyyatda olanların (yetkinlik yaşına çatmış) şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri.
Qeyd: İpoteka qoyulan mənzilin sahibi subay və ya boşanmış olduqda - subaylığı təsdiq edən VVADQ-dan arayış (Forma 14) və həmin sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair Borcalanın ərin/arvadın, Satıcınn ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.
  • İpoteka predmetinin qiymətləndirmə aktı.
  • İpotela predmetinin sığortalanmasını və borcalanın (birgə borcalanın) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.

Alınan mənzil yeni tikili olduqda əlavə olaraq:

  • Tikinti şirkəti ilə bağlanmış müqavilənin əsli
  • Tikinti şirkətinə ödənilmiş vəsaitlər dair qəbzlər (və ya maliyyə arayışı).
  • Tikinti şirkəti tərəfindən mənzilin dəyərinin tam ödənilməsi haqda maliyyə arayışı (ipoteka müqaviləsi bağlandıqdan sonra).

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim edilən sənədlər:

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • İpoteka kağızın QKDK qeydiyyatdan keçməsini və əlavə qeydiyyatdan keçməsini təsdiqləyən sənədlər.
Kredit üçün ilkin müraciət
Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio