Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!

18 Aprel 2014

Azərbaycanın bank sektorunda ilk məlumat mərkəzi olan “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi 7 yaşını qeyd edir. Məlumat Mərkəzinə zəng etməklə bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək,  təklif və irad bildirmək, kredit borcları barədə  məlumat almaq və ödəniş etmək mümkündür. “Hazırda 145 nömrəsini yığanların ortalama sayı ay ərzində 140.000, gün ərzində isə 5.000 civarındadır. Zəng edənlərin bir hissəsi menyudan avtomatik  məlumatlanır, ödəniş edir, cari borcunu öyrənir, səsli ismarıc buraxır  və ya operatora qoşulur”,- deyir Məlumat Mərkəzinin rəhbəri Vüsalə Abasova.

“Bank of Baku”-nun Məlumat Mərkəzinin əsas üstünlükləri aşağıdakılardır:

  • “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi fasiləsiz iş rejiminə keçib. Bu günə kimi həftənin altı günü işləyən Məlumat Mərkəzi artıq bazar günləri də fəaliyyət göstərir.Saat 9:00-dan 20:00-dək 145 nömrəsini yığmaqla müştərilər bankın xidmət, məhsul və kampaniyaları haqqında ətraflı məlumat əldə edə bilərlər.
  • 145 Məlumat Mərkəzinə zəng etməklə müştərilər banka gəlmədən İnternet Banking xidmətinə qoşula bilərlər.
  • 145 Məlumat Mərkəzinə Azərbaycanın istənilən bölgəsindən şəhər telefonları vasitəsilə daxil olan zənglər pulsuzdur.
  • Müştərilər həftənin bütün günləri 24 saat ərzində 145 nömrəsini yığmaqla kartın statusu, balansı, son əməliyyatlar barədə məlumat ala, həmçinin kartın itirilməsi halında onun bloklaşdırılması xidmətindən yararlana bilərlər.
  • Məlumat Mərkəzi müştərilərə alternativ vasitələrlə də geniş xidmət göstərir. Alternativ kommunikasiyalar sırasına bankın korporativ saytlarında online məsləhətçi, online kredit sifarişi, online kart sifarişi,zəng sifarişi, Facebook və forumlar, 8145 SMS sorğularının cavablandırılması daxildir.

Qeyd edək ki, bankın Facebook səhifələrində ay ərzində ortalama 5000-ə yaxın sual, gün ərzində  250-yə yaxın, kampaniyalar dövründə isə 400-ə yaxın sual cavablandırılır. Məlumat Mərkəzinin sualların 90%-dən çoxunun qısa vaxt ərzində cavablandırılmasına görə, “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin “ən yaxşı sosial yönlü səhifə” nominasiyası üzrə də mükafatına layiq görülmüşdür.

“Bank of Baku”-nun 145 Məlumat Mərkəzi müştəri məmnuniyyətinin artırılması məqsədilə növbəti innovativ layihə və kommunikasiyalar üzərində işini davam etdirir.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio