Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku Ad Gününə Özəl Əmanət Faizlərini Artırdı!

9 Fevral 2016

Bank of Baku ölkədəki fəaliyyətinin 22-ci ildönümü ərəfəsində müştərilərinə özəl olaraq sürpriz dolu kampaniyalara start verir. Fevral ayı ərzində icra olunacaq növbəti belə kampaniyalardan biri əmanət müştərilərini sevindirəcək.

Belə ki, 29 fevral tarixinə qədər Bankda “Dinamik” əmanət hesabı açdıran müştərilər bank tərəfindən müəyyən olunmuş illik faiz dərəcələrindən əlavə gəlir əldə edə biləcəklər. İndi müddətindən asılı olaraq illik 12%-dək gəlir gətirən manatla yerləşdirilən “Dinamik” əmanətlər +1%, dollar əmanətləri isə illik 6%-dək gəlir gətirəcək. Üstəlik, kampaniya çərçivəsində əmanətçilər yerləşdirdikləri əmanətə bağlı nağd pul krediti üçün də Banka müraciət etmələrinə imkan yaradılır.

Yuxarıda qeyd olunanlarla yanaşı, kampaniya dövründə əmanət yerləşdirən bütün müştərilərə Bolkart Debet kartı bank tərəfindən PULSUZ olaraq hədiyyə olunacaq.

Dinamik əmanət məhsuluna şamil olunan bu kampaniyadan faydalanmaq istəyən müştərilər minimum 500 AZN/USD, maksimum 500.000 AZN/USD yerləşdirməklə hesab açdıra bilərlər. Əmanətçilər vəsaitlərini 3-24 ay müddətinə Banka yüksək faizlə əmanət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Bank of Baku 12%-dək və ya 30.000 AZN-ə qədər yerləşdirilən bütün əmanətlərin tam olaraq sığortalalanmasına zəmanət verir.

Bank of Baku-nun təqdim etdiyi Dinamik əmanət məhsulu haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Bank of Baku-nun 31 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi minimum 30% tələbinə qarşı Bankın ani likvidlik əmsalı 330% təşkil edir. Bununla yanaşı, Bankın məcmu kapitalının adekvatlıq əmsalı qeyd olunan tarixə 15.35% təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10% tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10.7% leverec əmsalına malik olmaqla, Bank of Baku Mərkəzi Bankın təyin etdiyi minimum 5% tələbini iki dəfədən çox olmaqla yerinə yetirir.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio