Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku alternativ satiş kanallarına fokuslanır

30 Sentyabr 2015

Yenilikçi və çevik bank kimi tanınan Bank of Baku mütəmadi olaraq maliyyə bazarına yeni xidmətlər və məhsullar təqdim edir.

Bazara alternativ xidmət və satış kanallarını təqdim edən ilk banklardan biri olan Bank of Baku-nun gündəlik olaraq on minlərlə müştərisi banka gəlmədən müxtəlif əməliyyatlar aparır və xidmətlər alır. Qeyd edək ki, Bank of Baku qısa zamanda bank xidmətlərindən istifadəni asanlaşdıracaq bir sıra texnoloji yeniliklərlə müştərilərini sevindirməyə hazırlaşır.

Bank bazarında qeydə alınan yeni tendensiyalar bankları daha çevik və effektiv olmağa vadar edir. Belə ki, Bank of Baku ASC-nin səhmdarlarının qəbul etdiyi 3 illik “yeni persperktivlər” planı çərçivəsində bank dayanıqlı gəlirlilik və effektivliyi təmin etmək məqsədilə, bir müddət öncə Bankın İdarə Heyəti Sədrinin mətbuatda yayımlanan müsahibəsində də qeyd edildiyi kimi, filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır. Belə ki, optimizasiya prosesinə görə müxtəlif meyarlara görə seçilmiş və aşağıda qeyd olunmuş 3 filialın yaxınlıqda olan daha böyük filiallarla birləşdirmə qərarı verilmişdir. Bu proses çərçivəsində həmin filialların müştəriləri qeyd olunmuş yaxın filiallarda xidmət olunacaq, filialların əməkdaşları isə fəaliyyətlərini bankın digər filiallarında davam edəcəklər. Opitmallaşdırma prosesində iştirak edən 3 filialın əsas önə çıxan birləşdirilmə meyarları aşağıdakılardır.

  • Kiçik həcminə görə işçilərin sayı az olan və bu səbəbdən müştərilərə xidmət operativ aparılmadığına görə tez-tez müştərilərin narazılığına və çoxsaylı şikayətlərə səbəb olan R.Behbudov küc. 17 ünvanında yerləşən “28 may” filialı yaxınlıqda olan Puşkin küc. 12/14 ünvanında yerləşən “S.Vurğun” filialı ilə birləşdirilir.
  • Avtokreditlərin verilməsinə fokuslanan Babək pr., 2269-cu məhəllə ünvanında yerləşən “Babək” filialı bu kreditlərə azalan tələbatı nəzərə alınaraq yaxınlıqda olan Q.Qarayev pr. 59 ünvanında yerləşən “Neftçilər” filialı ilə birləşdirilir.
  • Pilot layihə olaraq yeni açılmış, yerləşmə yerinə görə müştəri axını az olan Yeni Günəşli qəs., “D” Y/M, günəşli küç. ünvanında yerləşən “Yeni Günəşli” filialı isə yaxınlıqda olan Bakıxanov qəs., Gənclər 4081-ci məhəllə. ünvanında yerləşən “Bakıxanov” filialı ilə birləşdirilir.

Üstəlik, təsdiq olunmuş 3 illik plana görə növbəti bir il ərzində daha bir filialın bu proses çərçivəsində birləşdirilməsi və müştəri xidmətlərində alternativ və texnoloji kanalların istifadəsinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3 illik plan çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı, biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçiş və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Əsas hədəf daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaqdır.

Hazırda Bank of Baku-nun məcmu kapitalı 107 mln AZN, (Mərkəzi Bankın məcmu kapitala tələbi 50 mln AZN), kapitalın adekvatlıq əmsalı 17%-ə yaxındır (Mərkəzi Bankın tələbi 12%-dir), likvid aktivlərin ümumi aktivlərə nisbəti isə 20%-ə yaxındır.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio