Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-dan bir İLK: “Ölkəxarici Təcili Pul Köçürmələriniz indi İnternet Bankçılıqda”!

16 Avqust 2017

Azərbaycanın bank sektorunun innovatoru hesab edilən “Bank of Baku” Təcili Pul Köçürmələri sahəsində bir ilkə imza atdı.

Belə ki, bank xidmət və məhsullarının inkişafına gətirdiyi yenilikləri ilə ilklərin bankı adını qazanan Bank of Baku, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanı yaratdı.

Tətbiq edilən yenilik sayəsində Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət edərək tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.

İnternet Bankçılıqdan istifadə etməklə Contact Təcili Pul köçürmə sistemi vasitəsilə Bankın müştəriləri öz kart hesablarından vəsaitlərini filiala gəlmədən və olduqları məkandan asılı olmayaraq onlayn rejimdə aşağıdakı ölkələrə sürətli göndərmək imkanı əldə edəcəklər:

  • Rusiya
  • Belarusiya
  • Gürcüstan
  • Qazaxıstan
  • Qırğızıstan
  • Moldova
  • Özbəkistan
  • Tacikistan

Contact Təcili Pul köçürmə sistemi ilə onlayn rejimdə vəsaitin göndəriləcəyi ölkələrin siyahısının yaxın gələcəkdə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, İnternet Bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir.

Xatırladaq ki, İnternet Bankçılıq xidməti müştərilərə olduqları məkanı tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət etmə və bir çox bank əməliyyatlarının icrasına imkan verən elektron xidmətdir. Müştərilər İnternet Bankçılıq xidməti vasitəsilə cari, kredit, kredit kartlar, debet kartlar və deposit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, həyata keçirdikləri əməliyyatların SWIFT çıxarışın onlayn əldə edə, hesablarına aid rekvizitləri ala və bu kimi digər online əməliyyatlar icra edə bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio