Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-dan daha bir İLK: Onlayn Xidmətlərimiz indi Elektron Hökumət Portalında!

29 Dekabr 2015

Bank of Baku, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə qurduğu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın bank sektorunda ilk dəfə elektron arayış xidmətinin tətbiqini həyata keçirmiş və bununla da, müştərilərin daha rahat şəkildə bank xidmətlərindən faydalanmasına imkan yaratmışdır. Məhsuldar əməkdaşlığın davamı olaraq Bank of Baku özəl sektorda daha bir ilkə imza atır, belə ki, müştərilər indi bankın onlayn xidmətlərindən Elektron Hökumət portalında da istifadə etmək imkanı əldə edirlər.

Bununla da, müştərilərin bank xidmətlərindən istifadəsinin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılan bu mühüm addımla, bütün dövlət qurumlarının xidmətlərini özündə birləşdirən Elektron Hökumət portalı çərçivəsində ilk özəl xidmət təqdim edən qurum məhz Bank of Baku oldu.

Portal istifadəçiləri və bankın müştəriləri Elektron Hökumətin rəsmi internet ünvanında https://www.e-gov.az/ yenicə istifadəyə verilmiş bank xidmətləri bölümünü seçməklə Bank of Baku-nun təqdim etdiyi debet kartlar siyahısından istəklərinə uyğun məhsulu sifariş edə bilərlər. Kartların sifarişini həm portaldan qeydiyyatdan keçməklə, həm də birbaşa olaraq tələb olunan məlumatı müvafiq pəncərələrə daxil etməklə rəsmiləşdirmək olar. Portaldan qeydiyyatdan keçən şəxslərin sifarişinin həyata keçirilməsi üçün isə sadəcə kartla bağlı tələb olunan məlumatı daxil etmələri kifayətdir.

Müştərilərin bankın bütün onlayn xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə yaxın günlərdə bölmənin tamamilə yenilənərək bütün mümkün xidmətləri, həmçinin kredit və Bolkart kredit kart sifarişlərinin, müxtəlif növ ödəniş imkanlarının, internet bankçılıq və digər xidmətlərin əlavə olunması nəzərdə tutulub.

Xidmətdən faydalanmaq istəyən şəxslər bu linkə daxil olmaqla sifarişlərini həyata keçirə bilərlər.

Qeyd edək ki, “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradan mükəmməl bir portaldır.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio