Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır!

17 May 2013

 

“Bank of Baku” Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır. Bu əməkdaşlıq Məlumat Hesablama Mərkəzinin bank sektorunda ilk və yeganə əməkdaşlığıdır. Elektron imzanın məqsədi ictimai xidmətləri vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ və daha rahat şəkildə təqdim etməkdir. Bank  kreditlərindən istifadə zamanı elektron imza sahibləri 2%-lik endirim fürsətindən bəhrələnə biləcək.

Elektron imza internet aləmində imza sahibinin şəxsiyyətinin identikləşdirilməsi vasitəsidir. Elektron imza kağız üzərində qoyulan əl imzasına bərabərdir və imzalanmış istənilən elektron informasiya qəbul edən tərəfə bildirir ki, məlumat göndərən şəxs həqiqətən də göstərilən insandır. 

E-imzaya sahib olan Azərbaycan vətəndaşı mənzilindən çıxmadan, əlavə xərclər çəkmədən dövlət orqanına və ya özəl quruma ərizə yaza, sorğu göndərə və ona rəsmi şəkildə cavab ala bilər.

Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir koddur. Elektron imzanı fiziki və hüquqi şəxslər, habelə dövlət idarələri əldə edə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

Daha ətraflı məlumat : 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio