Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku məsuliyyətli kreditləşmə siyasətini açıqladı

14 Oktyabr 2015

İstehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında” Metodoloji Rəhbərlik hazırlanmışdır. Bu Metodoloji Rəhbərliyə əsaslanaraq “Bank of Baku” ASC məsuliyyətli kreditləşmə layihəsi çərçivəsində öz Məsuliyyətli Kreditləşmə Siyasətini hazırlayıb geniş auditoriyaya təqdim etdi.

Bank of Baku”-nun təqdim etdiyi siyasət istehlak kreditlərinin verilməsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir. Belə ki, bu siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması, həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bankın təqdim etdiyi reklam daşıyıcılarında istifadə edilən “Kredit Sizi Şah da edə bilər Mat da!” şüarı isə məhz bu siyasət çərçivəsində müştərilərə ödəyə biləcəkləri qədər kreditlərin götürülməsini tövsiyə edir.

Bankın Məsuliyyətli Kreditləşmə Siyasəti ilə bu linkdən tanış ola bilərsiniz:
http://www.bankofbaku.com/az/mesuliyyetli-kreditlesme/

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio