Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun 145 Məlumat Mərkəzi 9 Yaşında: hər 145-ci zəng sahibinə HƏDİYYƏ!

1 Mart 2016

Azərbaycanın bank sektorunda müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Bank of Baku-nun 145 Məlumat Mərkəzi bu gün fəaliyyətinin 9 illiyini qeyd edir.

01 mart 2007-ci il tarixində sektoruna gətirdiyi yeni xidmət – İVR sistemli Məlumat Mərkəzi vasitəsilə, Bank of Baku müştərilərinə xidmət və məhsullarından daha rahat istifadə etmək imkanı yaratdı ki, bu gün gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu imkandan faydalana bilir.

Hər bir müştəri zənginə xüsusi əhəmiyyət verən Bank of Baku, 145 Məlumat Mərkəzinin 9 illiyi münasibətilə mərkəzə zəng edəcək bütün müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətlə yanaşı, bu günə özəl olaraq HƏDİYYƏ də təqdim edəcək. Belə ki, həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərən 145 Məlumat Mərkəzi ilə bu gün ərzində əlaqə saxlayacaq hər 145-ci zəng sahibi Bank of Baku-dan PULSUZ Bolkart Debet + 50 AZN hədiyyə qazanacaq.

145 Məlumat Mərkəzi müştərilərin zəng, korporativ saytların (http://www.bankofbaku.com və http://www.bolkart.az) onlayn məsləhətçi xidməti və bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərini cavablandırır, şikayət və təkliflərini qeydə alaraq operativ şəkildə həll olunmasına dəstək olurlar. Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla müştərilər aşağıdakı xidmətlərdən faydalana bilərlər:

  • 24 saat ərzində operatora qoşulmadan borc haqqında məlumat almaq və ödəniş etmək
  • 24/7 rejimində plastik kartlar üzrə əməliyyatlar, kartın balansı haqqında məlumat əldə etmək, itirildiyi və ya oğurlandığı halda kartın bloklaşdırılması və ya blokdan çıxarılması
  • Kredit və ya zəng sifarişi yerləşdirmək
  • Operatora bağlanmadan səsli mesaj vasitəsilə 3 dəqiqə ərzində irad və təklifləri bildirmək
  • Xidmət, məhsul və kampaniyalar haqqında məlumatın alınması

Orta hesabla bir ay ərzində 120.000 nəfər, gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu və digər xidmətlərdən faydalanmaq üçün 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayırlar. Hal-hazırda 25 nəfərdən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəzin gün ərzində cavablandırılan zəng sayı 1500, sosial şəbəkələrdəki müraciətlərin sayı 800, onlayn məsləhətlərin sayı isə 200 nəfəri əhatə edir. Geniş xidmət şəbəkəsinə malik olan 145 Məlumat Mərkəzi müştərilərə təqdim etdiyi yeni - video məsləhətçi xidməti vasitəsilə də müraciətlərini ünvanlamaq imkanı yaradır.

Qeyd edək ki, şəhərdaxili telefonlardan, həmçinin regionlardan 145 Məlumat Mərkəzinə edilən zənglər pulsuzdur. Zəng etmək imkanı olmayan müştərilər, suallarını 8145 qısa nömrəsinə göndərməklə cavablandırılmasını təmin edə bilərlər.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio