Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü

10 Avqust 2016

Bank of Baku, fiziki məhdudiyyətlərə meydan oxumağa davam edir. Belə ki, bir müddət öncə Bank həyata keçirdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin iştirakçısı Murad Məmmədovun kitabının nəşr olunmasında maliyyə dəstəyi göstərib.

“Uğurun Xəritəsi” adlanan kitabın rəsmi təqdimat mərasimi 09 avqust 2016-ci il tarixində keçirilib. Kitab, müəllifin qeyd etdiyi kimi, təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda sağlamlığında heç bir məhdudiyyəti olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər bir şəxs üçün nəzərdə tutulub.

Kitabın işıq üzü görməsi və oxuculara çatmasına qədər gedən yol, ən azı kitab yazmaq qədər çətin olduğunu deyən Murad Məmmədov:
“Nəhayət ki, ilk müraciətimdən dəstək göstərəcəyini qeyd edən qurum tapıldı. Bu “Bank of Baku” ASC oldu. O bank of Baku ki, məni və 40 nəfərə yaxın fiziki əlilliyi olan şəxsi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi altında toplayaraq, dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhfə vermişdir. Bank, bu gün də, öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara çatdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün böyük fürsət yaradaraq bu sosial layihənin həyata keçirilməsini öz üzərinə götürdü.”

Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirova:
“Dəstəyə ehtiyacı olan şəxslərin həyatında müsbət dəyişiklik gətirə biləcək bu kitabın nəşr olunmasında bizim də rolumuzun olduğu üçün qürur duyuruq. Sosial Məsuliyyət siyasətimizə sadiq qalaraq, bundan sonra da cəmiyyət üçün faydalı ola biləcək layihələrin icrasında böyük məmnuniyyətlə öz dəstəyimizi göstərəcəyik”, deyə qeyd edib.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio