Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun İnternet Bankçılıq xidməti ilə hesabdan-hesaba pul köçürmələri 50%-dək daha ucuz!

19 Yanvar 2016

Bank of Baku-dan daha bir YENİLİK: indi müştərilər pul köçürmələrini 50%-dək daha ucuz tariflərlə edə biləcəklər.

Bu endirimli tariflərdən Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən müştərilər faydalanacaqlar. Xidmətin işinin təkmilləşdirilməsinin nəticəsi olaraq müştərilərə Bank of Baku-da olan öz şəxsi hesabları arasında və digər şəxslərin hesabına, həmçinin ölkədaxili başqa banklarda aktiv olan öz və ya digər şəxslərin hesabına filiala müraciət etmədən pul köçürmələrini daha sərfəli şərtlərlə etmək imkanı yaradılır.

Belə ki, indi müştərilər vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda filial daxili pul köçürməsi üçün tələb olunan məbləğdən 50% daha az ödəməklə əməliyyatı icra edəcəklər. Cari tariflərin müqayisəli şəkildə təsnifatı ilə bu linkdən tanış ola bilərsiniz.

İnternet bankçılıq vasitəsilə həyata keçirilən bu əməliyyat müştərinin Asan İmzası ilə təsdiq olunmalıdır.

Asan imza – elektron bank xidmətlərindən günün 24 saatı istənilən an müştərilərə istifadə imkanı verən, müştərinin kimliyini təsdiqləyən mobil identifikasiyadır. Bu mobil elektron imza xidməti ilə müştərilər internet bankçılıq səhifəsinin “tam keçid” rejiminə daxil olmaqla, bank əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

İnternet bankçılıqdan istifadə etməklə isə müştərilər iş yerini və ya evini tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət edə, həyata keçirdiyi keçmiş əməliyyatlara dair ətraflı məlumat əldə edə, habelə, bir çox müxtəlif elektron xidmətlərdən faydalana bilərlər. Bu elektron xidmətlərə cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyəsinin izlənməsi, ödəniş tarixçəsinə dair məlumatın əldə olunması, həmçinin yeni ödənişlərin həyata keçirilməsi, kartdan-karta pul köçürülməsi, əmanət məbləğinin artırılması, bankdaxili və xarici pul köçürmələri daxildir.

Internet bankçılıq xidmətinin pul köçürmə və digər üstünlüklərindən faydalanmaq istəyən müştərilər bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb əməkdaşlıq müqaviləsini imzalamaqla və ya Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə qoşula bilərlər. Fiziki şəxslər üçün xidmətə qoşulma ödənişsizdir, hüquqi şəxslər isə illik 10 AZN ödəməklə xidmətdən istifadə edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi bu və digər onlayn xidmətlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio