Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən hər kəsi sevindirəcək YENİLİK!

12 Aprel 2016

Bank of Baku, “İnternet bankinq”-də xidmətlərin çeşidini və istifadə imkanlarını genişləndirdi. Tətbiq edilən yeniliklər sayəsində, müştərilər indi bank xidmətlərindən olduqları yerdən asılı olmayaraq daha rahat və sərfəli tariflərlə istifadə edə biləcəklər.

Əsas yeniliklərdən biri ondan ibarətdir ki, artıq Bank of Baku müştəriləri müxtəlif hesablar arası pul köçürmələrini filiala yaxınlaşmadan, əlavə vaxt itirmədən, dünyanın istənilən yerində yalnız birdəfəlik şifrə ilə təsdiqləyərək, icra edə biləcəklər.

Bəs bu xidmətin ƏSAS ÜSTÜNLÜKLƏRİ hansılardı?:

1. Ölkədaxili pul köçürmə imkanı – artıq internet bankçılığa qoşulmuş Bank of Baku müştəriləri bütün öz və digər şəxslərin yerli bank hesablarına pul köçürmələri edə biləcəklər, üstəlik xidmətdən 50%-dək daha aşağı tariflə faydalanacaqlar. Köçürmələr birdəfəlik şifrə əsasında icra olunacaq və müştərilər mobil nömrəyə sms-lə gələn birdəfəlik şifrə ilə təsdiq edərək hesabda olan vəsaiti köçürmə imkanı əldə edəcəklər.

2. Bankdaxili hesablar arası köçürmə PULSUZ – müştərilər Bank of Baku-da olan öz şəxsi və ya digər şəxslərin hesablarına pul köçürməsini pulsuz edə biləcəklər. Əməliyyat heç bir kommissiya haqqı tutulmadan icra olunur.

3. Təhlükəsizlik məqsədilə birdəfəlik şifrədən istifadə imkanı – internet bankinq xidməti vasitəsilə icra olunan istənilən pul köçürməsi və digər xidmətlərin icrası birdəfəlik şifrə təsdiqinin əsasında aparılır. Şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir və müəyyən müddət ərzində istifadə olunmadıqda etibarsız sayılır.

4. Vaxta və büdcəyə qənaət – onlayn xidmətdən istifadə müştərilərə olduqları yerdən asılı olmayaraq günün istənilən saatında əməliyyatı icra etmələrinə imkan yaradır. Bununla da, müştərilər filialdaxili etdikləri əməliyyatla müqayisədə əsas iki üstünlüyə sahib olurlar: a) filialdaxili əməliyyat üçün sərf olunan vaxta qənaət olunur; b) bankdaxili hesablararası pul köçürmələri tamamilə pulsuz, digər banklarda olan hesablara isə 50%-dək daha ucuz həyata keçirilir.

İnternet bankinq xidmətilə, birdəfəlik şifrə təsdiqi əsasında bankdaxili pul köçürmələrinə 1000 AZN/USD/EUR, bankxarici köçürmələrinə isə 300 AZN/USD/EUR məbləği həcmində gündəlik limit təyin olunub. Xidmətdən gündəlik olaraq maksimum 3 dəfə, aylıq olaraq isə 30 dəfə istifadə etmək olar. Daha çox sayda və məbləğdə əməliyyat etmək istəyən fiziki şəxslər, Asan imzadan istifadə etməklə xidmətdən faydalana bilərlər. Əməliyyatlarını Asan imza əsasında həyata keçirən sahibkarlar və hüquqi şəxslər üçün xidmətdən istifadə limitsizdir.

Bankın təqdim etdiyi internet bankinq xidməti, eləcə də tarif və limitlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio