Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-nun yeni istiqrazları Bakı Fond Birjasında satışa çıxarılıb

24 May 2013

“Bank of Baku” yeni istiqrazlarını Bakı Fond Birjasında satışa çıxarıb.Ümumi həcmi 10 000000 ( on milyon) manat məbləğində olan adi təminatsız istiqrazlar toplam 10 000 ədəddə buraxılıb. Bir ədəd istiqrazın qiyməti 1000 ( min) manat təşkil edir. İstiqrazlar iki emissiya prospekti ilə buraxılıb ( hər biri 5 min ədəd). Tədavül müddəti müvafiq olaraq 34 və 38 ay təşkil edir. İstiqraz üzrə faizlərin ödənişi  isə 6 (altı) aydan bir həyata keçiriləcək. Broker qismində Standard Capital MMC çıxış edib.

Xatırladaq ki, ilk dəfə 14 dekabr 2012-ci il tarixində “Bank of Baku”-nun istiqrazları Bakı Fond Birjasında açıq satışa təqdim edilmişdir. Bu, “Bank of Baku”, “Paşa Bank” ASC və “Paşa Kapital” MMC arasında  daha öncə imzalanmış xidmət müqavilə sayəsində mümkün olmuşdur. O zaman nominal qiyməti 1000 AZN olan 10 000 ədəd adi təminatsız istiqraz buraxılmışdır. Bu əməkdaşlıq Azərbaycanın ən iri investisiya banklarından olan “Paşa Bank”-ın və sərmayəçilərin “Bank of Baku”-nun maliyyə vəziyyətini yüksək qiymətləndirməsinin bir təsdiqi oldu.

Cəlb olunmuş vəsait bankın cəlb edilmiş vəsaitlər portfelinin diversifikasiyasına, fiziki və hüquqi şəxslərdən, maliyyə institutlarından cəlb edilmiş vəsaitlər arasında müəyyən balansın yaradılmasına, maliyyə göstəricilərinin effektiv idarə edilməsi və likvidlik əmsallarınının keyfiyyətini yüksək səviyyədə saxlanılmasına yönəldilmişdir.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio