Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” öz ad günündə müştərilərinə 382,000 manat həcmində hədiyyə etdi!

15 Fevral 2013

Azərbaycan bank tarixində ilk dəfə olaraq "Bank of Baku" 7907 sayda müştərisinə ödədikləri 382,000 manat məbləğində kredit faizlərini hədiyyə kimi geri qaytarıb. Faizlər ötən il müştərilərə təqdim olunmuş və onların böyük rəğbətini qazanan "Faizlər geri qayıdır" adlı kampaniya çərçivəsində qaytarılıb. Faizlərin geri qaytarılması "Bank of Baku"-nun 19 illiyinə təsadüf edib.

Faizlər, kredit müddəti boyunca yubanmaları olmayan müştərilərə qaytarılıb. Kampaniya şərtləri daxilində qaytarılan faizlər "Bank of Baku" müştərilərinin "Dostlar Klubu" kartlarına bonus qismində hədiyyə edilib. 

24.08.2012 tarixində start götürmüş "Faizlər geri qayıdır" kampaniyası çərçivəsində müştərilər iki cür kredit imkanından faydalanıblar:

  • 6 ay müddətinə 500 manata kimi kreditdən
  • 30 aya qədər 5000 manata kimi kreditdən.


Hal hazırda "Dostlar Klubu"  kartında  yığılan bonus məbləği nağd kredit götürüldükdə komissiya haqqının ödənişi və mobil danışıq vaxtı üçün istifadə edilə bilər.

Faizlərin qaytarılması ilə əlaqədar "Bank of Baku"-nun sədr müavini Abbas İbrahimov bildirib ki, bu kampaniya ilə "Bank of Baku" Azərbaycan bank sektoru üçün misilsiz bir addım atıb. "Azərbaycan bankları arasında ilk dəfədir ki, məhz "Bank of Baku" müştərilərə ödədikləri kredit faizlərini geri qaytarıb. Bununla biz gecikməsiz müştəri ödəmələrini stimullaşdırmaq və müküfatlandırmaq istəyirik. Düşünürük ki, bu addımımız müştəri məmnuniyyətinin artırılmasına öz müsbət töhfəsini verəcək."

"Bank of Baku"-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio