Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” özünün 100000-ci Bolkartını verəcək!

15 Aprel 2013

Azərbaycanın ən populyar kredit kartı olan Bolkartın yaxın zamanlarda 100000-ci sahibi müəyyən ediləcək. Hal-hazırda hər gün 600-dən çox Bolkart verilir və gələn ay bu rəqəmin 100000-nə çatacağı gözlənilir. Gündəlik say www.bolkart.az saytında yenilənir.

2011-ci ilin sonunda kütləvi dövriyyəyə buraxılan Bolkart qısa müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 85000-nə yaxın insan ondan gündəlik istifadə edir. Kartla gündəlik 2 min ədədə yaxın əməliyyat həyata keçirilir. Bütün bu göstəricilər üzrə Bolkart Azərbaycanın plastik kartlar bazarında şəksiz liderdir. Bu gün Bolkartla ölkəmizin 700-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Müvafiq mağazalar yalnız Bakıda deyil, habelə ölkə regionlarında da yerləşir, o cümlədən, Gəncə, Sumqayıt və Şəkidə. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. Bolkart ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar. Kart sahibləri Bolkartdan habelə vaxtaşırı pul çıxara da bilirlər.

Yaxın zamanlarda “Bank of Baku” Bolkart sahibləri üçün yeni kampaniyalar keçirməyi nəzərdə tutur.

Bolkart Azərbaycanın nağdsız ödənişlər sisteminə əsaslı töhfə verən bank məhsullarındandır.

Bolkartın üstünlükləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio