Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” valideyn himayəsindən məhrum olmuş uşaqların əyləncə mərkəzinə səfərini təşkil edib.

17 Fevral 2014

Yaranmasının  20 illiyini qeyd edən “Bank of Baku” ASC valideyn himayəsindən məhrum olmuş yüzlərlə uşağın “Megafun” ailəvi əyləncə mərkəzində asudə vaxtını təşkil edib. Bakıdakı bir neçə internat məktəbin 400-ə yaxın sakini bir neçə saat ərzində əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər . Mərkəzdəki yüzlərlə attraksion, oyun avtomatları və müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növləri uşaqların tam ixtiyarına verilib.

Daha sonra bank tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib. Uşaqlar əyləncə mərkəzində böyük sevinc və məmnunluq hissi ilə vaxt keçiriblər.

Uşaqların əyləncə mərkəzinə ziyarətin sponsorluğunu “Bank of Baku” tam olaraq öz üzərinə götürüb.

Bu tədbir 2014-cü il üçün nəzərdə tutulmuş  korporativ sosial məsuliyyət tədbirləri silsiləsində birincidir və bank bu cür xeyriyyə aksiyalarını il ərzində də davam etdirəcək.

“Bank of Baku” ASC bu tədbirin təşkil olunmasında Azərbaycan Respublikası Təhsil Nazirliyi,  “Megafun” ailəvi əyləncə mərkəzi, Qafqaz Universitetinin könüllü tələbələri və “İrəli” Gənclər Birliyinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirir.

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio