Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Hədiyyəniz Brilliantdan olacaq!

4 Noyabr 2013

“Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir. Lotereyada qalib gələcək 717 müştəriyə toplam olaraq 80 000 manat məbləğində “Dostlar klubu” bonusu, 6,7 karat brilliant, 423 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon hədiyyə olunacaq. Loterayada iştirak etmək üçün sadəcə “Dostlar klubu” üzvü olmaq və tiraja 3 iş günü qalmış tarixə heç bir cari kreditin gecikmədə olmaması yetərlidir.

Lotereya 2 tirajdan ibarətdir: 
1-ci tiraj - 27 noyabr tarixində “Bank of Baku” ofisində keçiriləcək.
2-ci tiraj - 14 dekabr tarixində, saat 20:00-da canlı yayımda ATV kanalında keçiriləcək. 

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 (altı) rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir. Lotereya haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür. 

İlk tirajın qaliblərinin mükafatları - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların “Dostlar Klubu” kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.
İkinci tirajın qaliblərinə mükafatlar - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində təqdim edilir. 

“Dəyərli dostlara dəyərli hədiyyə” stimullaşdırıcı tirajlı lotereyanın siması xalq artisti Brilliant Dadaşova olacaq. Brilliant Dadaşova başlayan kampaniyanın promo aksiyalarında iştirak edəcək və “Dostlar klubu” üzvlərini lotereyaya fəal şəkildə qoşulmağa səsləyəcək. 

Daimi müştərisənsə, sən də klubun üzvü ol, lotereyada qalib olan 717 müştərimizdən biri ol! 

Hazırda “Bank of Baku”-nun 120000-ə yaxın müştərisi “Dostlar Klubu”-nun üzvdür.“Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır. “Dostlar Klubu” çərçivəsində müştərilərə 3 növ kart verilir: Gümüş, Qızıl və Brilliant kartlar. “Dostlar Klubu”-na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilir, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir. 

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio