Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İlk dəfə: ”Bank of Baku” SMS kredit məhsulunu təqdim edir!

27 Fevral 2013

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Azərbaycan bank təcrübəsində ilk dəfə SMS kredit məhsulunu təqdim edir. Beləliklə, müştəri banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verə biləcək. Sifariş edilmiş kredit məbləği müştərinin “Dostlar Klubu” kartına yüklənir.

Kredit sifariş etmək üçün “Dostlar Klubu” kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Misal : “03129876  kredit 1500”.

Mesaj göndəriləndən sonra  sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir. Müştəri kartdakı məbləği bir neçə dəqiqə sonra “Bank of Baku”-nun istənilən bankomatından nağdlaşdıra bilər. 

Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər.

İlk mərhələdə SMS kredit xidmətindən bankın “Dostlar Klubu”-nun Qızıl və Brilliant kart sahibləri, daha sonra isə klubun bütün 70.000-nə yaxın üzvü istifadə edə biləcək.

Qeyd. “Bank of Baku” SMS kredit məhsulunun Azərbaycan ərazisində patentini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.

Bu xidmətin şərtləri ilə daha yaxından tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.bankofbaku.com və www.facebook.com/bankofbaku  səhifələrində istənilən sual vermək olar. 

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio