Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İlk dəfə:“Bank of Baku” və Nar Mobile şirkəti kobrend “Bolkart-Nar” kartları buraxırlar!

14 İyun 2013

“Bank of Baku” və Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan Nar Mobile şirkəti müştərək  “Bolkart-Nar” kobrend kart layihəsinə başlayırlar. “Bolkart-Nar” layihəsi Azərbaycanda mobil operatorlarla banklar arasındakı iri miqyaslı əməkdaşlığın ilk nümunəsidir.

“Bolkart - Nar” nədir?

Xüsusi olaraq Nar Mobile abunəçiləri üçün nəzərdə tutulmuş, onlara Bolkartın üstünlüklərindən başqa əlavə üstünlüklər də təqdim edən kobrend kartdır. Bolkart-Nar kartı almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

“Bolkart- Nar”-ı kimlər ala bilər?

  • 24 ay və daha artıq müddətə abunəçisi olan və son 12 ayda minimum 200 manatlıq mobil danışıq haqqı ödəyən Nar Mobile müştəriləri
  • Nar Mobile abunəçisi olan və “Bank of Baku”-nun daimi müştərisi olan istənilən şəxs


“Bolkart – Nar”-ın üstünlükləri nədir?

  •  Bolkart şəbəkəsində alış-veriş edib hissə-hissə ödəmək imkanı
  • Ölkədə, ölkə hüdudlarından kənarda və internetdə MasterCard loqosu qeyd olunmuş bütün məkanlarda alış-veriş imkanı
  •  Fərqlilik – Bolkart limitindən əlavə, Nar Mobile üzrə mobil rabitə xidmətinin ödənişi üçün əlavə limitin istifadəsi imkanı


“Bolkart – Nar” üzrə kredit limiti necə təyin edilir?

Kredit limiti 2 hissədən ibarətdir:

Bolkart limiti – Son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

Avtomatik mobil rabitə ödənişi üçün aylıq limit – son 12 aydakı mobil rabitə ödənişinin 15%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

Misal. Əgər müştərinin son 12 ay ərzindəki mobil rabitə ödənişi 300 manatdırsa, o halda Bolkart üzrə limiti 600 manat, mobil rabitənin avtomatik ödənişi üçün limit isə aylıq 45 manat təyin edilir. Yəni, kartı əldə etmiş müştərinin mobil nömrə üzrə balansı sıfırlandıqda, fasilə yaranmadan mobil rabitədən ay ərzində 45 manatlıq limit çərçivəsində istifadə edə bilər. Həm Bolkart üzrə limit, həm də mobil rabitə üzrə limitdən istifadə zamanı yaranan borc “Bank of Baku”-ya ödənilir.

“Bolkart-Nar” kartını əldə etmək üçün hazırda müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə “Bank of Baku”-nun baş ofisində yerləşən Müştəri Xidmətləri departamentinə  və ya “Mərkəz” filialına baş çəkə bilərlər.

“Bolkart-Nar” layihəsi barədə daha ətraflı : 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio