Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı!

16 Dekabr 2013

Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun ümumi reytinqini B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etmişdir. Yeni reytinq “Bank of Baku” ASC –nin 2012-ci ilin audit olunmuş və 30 noyabr 2013-cü il tarixinədək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilmişdir. Moody’s-in qənaətinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku” ASC-nin güclü maliyyə göstəriciləri və möhkəm avtonom kreditvermə imkanlarıdır. Digər güclü amillər kimi aktivlərin yüksək keyfiyyətli olması və mümkün ola biləcək itkilərin qarşılanması üçün kapital yetərliliyinin səviyyəsinin yüksək olması göstərilmişdir.

Bununla bağlı, “Bank of Baku” ASC-nin İdarə Heyyətinin Sədri Fərid Hüseynov bildirmişdir: “Moody’s reytinq agentliyi 2012-ci ildə bankımızın uzun müddətli gözlənti reytinqini stabildən pozitiv səviyyəyə dəyişmişdir. Bu il də Bankın səyləri nəticəsi olaraq reytinqimiz B1 səviyyəsinə qaldırılmışdır. Biz çox şadıq ki, bankın maliyyə stabilliyinin qorunması, aktivlərin keyfiyyətinin yüksək saxlanılması, risklərin dəqiq hesablanaraq azaldılması, müştəri məmnuniyyətinin artması üçün atdığımız atdımlar doğru olmuş və öz təsdiqini bu formada tapmışdır. Biz gələcək illərdə də reytinqimizi və hər kəsin bankımıza inamını yüksək saxlamaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

Reytinqin artması münasibəti ilə Bankın səhmdarlarını, əməkdaşlarını və bütün müştərilərimizi ürəkdən təbrik edirəm!”

Moody’s reytinq agentliyinin rəsmi hesabatı ilə bu linklə keçərək ətraflı tanış ola bilərsiniz.
“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio