Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Korporativ bankçılıq
Selectors
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Sektorun Akademiyası “BoB Akademiya” adlı təlim mərkəzini istifadəyə verdi!

6 İyun 2017

Azərbaycanın bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzinin açılışını etdi.

Bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə təşkil olunan rəsmi açılış mərasimi, 03 iyun 2017-ci il tarixində təlim mərkəzinin yerləşdiyi Veraj Avenue Biznes Mərkəzində keçirildi.

Tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında BoB Akademiyanın əhəmiyyətindən danışan Bankın İdarə Heyətinin Sədri cənab Eldar Həmidov “BoB Akademiya Bank of Baku-nun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq. Əminəm ki, bu mərkəzin açılışı Bankımızın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq.”, deyə qeyd edib.

BoB Akademiya həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio