Bank Of Baku Moneysend/VisaDirect xidmətini - pul vəsaitlərinin bir kart hesabından digər kart hesabına köçürülməsi xidmətindən istifadə etməyi təklif edir. Bu xidmət vasitəsilə Siz müştərilərimiz tez və rahat şəkildə öz vəsaitlərinizi bir kart hesabından digər kart hesabına köçürə bilərsiniz. Şəxsi pul vəsaitlərinizin köçürülməsini istər Bank Of Baku kart hesabları, istərsə də ölkədaxili və ya ölkəxarici digər bankın kart hesabları arasında reallaşdıra bilərsiniz. Bunun üçün İnternet bankingə daxil olub, Sürətli pul köçürmələri modulundan Money Send / Visa Direct-ı seçib müvafiq xanaları doldurmaq lazımdır.
Bu funksiyasının müştərilər üçün üstünlükləri:
- Send / Visa Direct xidməti vasitəsi ilə göndərilən vəsait digər kart hesabına dərhal mədaxil olunur;
- Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur;
- Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür;
Bir kartdan digər karta pul göndərmək üçün bu xidmətdən istifadə edə bilərsiniz:
https://www.e-bankofbaku.com/MoneySend/index
Moneysend və VisaDirect xidməti üzrə tariflər aşağldakı cədvəldə əks olunduğu formada olacaqdır:
Göndərən kart | Qəbul edən kart | Komissiya |
---|
Bank of Baku | Bank of Baku | 0.5% (min. 1 azn) |
Bank of Baku | Ölkə daxili digər bank kartı | 1% (min. 1 azn) |
Bank of Baku | Xarici bank kartı | 1.5% (min. 1.5 azn) |
| | |
---|
Ölkə daxili digər bank kartı | Bank of Baku | 0.5% (min. 1 azn) |
Xarici bank kartı | Bank of Baku | Mümkün deyil |
| | |
---|
Ölkə daxili digər bank kartı | Ölkə daxili digər bank kartı | 1.5% ( min. 1.5 azn) |
Ölkə daxili digər bank kartı | Xarici bank kartı | 2% (min. 2 azn) |
Xarici bank kartı | Ölkə daxili digər bank kartı | Mümkün deyil |
Xarici bank kartı | Xarici bank kartı | Mümkün deyil |
Limitlər haqqında məlumat:
- Bir kartla gündəlik maksimum odəniş məbləği 1700 AZN (1000 USD ekvivalentində)
- Bir kartla aylıq maksimum odəniş məbləği 17000 AZN (10000 USD ekvivalentində)