Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Реальные истории
Филиалы и банкоматы
Видео
Selectors
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Человеческие ресурсы

Bank of Baku – bir məktəbdir! 

İşə qəbul prosesi vaxt tələb edən və məsuliyyətli bir prosedir. Bu prosesdə biz daim çalışırıq ki, aşağıdakı prinsiplərə əməl edək:

Obyektivlik - Şəffaflıq - Əhatəlilik - İnkluzivlik

Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, testləşdirmə (məntiqi-riyazi, psixoloji, funksional) və 2 mərhələli müsahibədən ibarət ola bilər. Bütün işə qəbul müraciətləri yalnız bankın xüsusi işə müraciət forması vasitəsilə qəbul olunur.

Aşağıdakı hissədə siz bankımızda hal-hazırda mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə və müraciət edə bilərsiniz:

İcra şöbəsinin hüquqşünası (Bakı və regionlar üzrə)


Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Seçim meyarları

    Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla bacarıqlar
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Analitik və yaradıcı düşüncə tərzi
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • İş yeri: Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Şirvan
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bankın əməliyyat riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
  • Mümkün riskləri aradan qaldırmaq üçün biznes proseslərin təkmilləşdirilməsində iştirak etmək
  • Risklərin idarə edilməsi strategiyası və siyasətindən irəli gələn tələblərin əməl olunmasına nəzarət etmək
  • Bankda yaradılan yeni məhsul və xidmətlərin təhlilinin aparılması, təkliflərin verilməsi və fəaliyyət növləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların, modellərin seçilməsi və tətbiqi

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) ilə işləmək bacarığı
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
  • Dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
  • Kredit risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
  • Kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması
  • Kredit riskləri üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) ilə işləmək bacarığı
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
  • Dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Kassa üzrə kiçik ekspert


Əsas vəzifə və öhdəliklər

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00
  • Əmək haqqı: 400 AZN (net)

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İstehlak kreditləri üzrə kiçik ekspert


Vəzifənin təsviri

İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır. Əsas vəzifə və öhdəliklər

  • Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
  • Müştərilər tərəfindən verilmiş kredit ərizələrin təhlilinin aparılmasında iştirak edilməsi
  • Müsbət qərar verilmiş kredit ərizələrin rəsmiləşdirilməsinin təmin edilməsi
  • Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
  • Tələb olunan əmlakların girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Terminalların texniki dəstəklənmə şöbəsinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bankomat, ödəniş və məlumat köşklərinin texniki dəstəklənməsi
  • Bankomat, ödəniş və məlumat köşklərinin mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi və ortaya çıxan nasazlıqların aradan qaldırılması
  • Bankomatlarda problemli tranzaksiyaların araşdırılması
  • Bankomat və ödəniş köşklərinə inkasassiya zamanı inkasatorların texniki dəstəklənməsi

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlük verilir)
  • Bankomat və ödəniş terminalları ilə bağlı iş təcrübəsi
  • Windows - XP/7/10 qurulumu / tənzimlənməsi
  • Active Directory (anlayış)
  • Microsoft Office, Backup & Restore proqramları, Kompüter Hardware ilə işləmək bacarığı
  • Şəbəkə qurğuları ilə iş təcrübəsinə üstünlük verilir
  • Problemə yönəlik, anatilik düşünmə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mikro kreditlər üzrə kiçik ekspert

Vəzifənin təsviri

Mikro kreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
  • Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
  • Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
  • Kredit portfelinə nəzarət və idarə olunması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Ödəniş sistemləri departamentinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Linux Serverlərinin quraşdırılması, qorunması və problemlərinin aradan qaldırılması
  • Əsas bazada sistemin davamlı olaraq yedəklənməsi və təhlükəsizlik yenilənmələri
  • Linux Administrasiyasını və məlumatların köçürülmə fəaliyyətlərini icra etmək
  • Nagios kimi alətlər vasitəsilə proaktiv izləmələrin quraşdırılmasına kömək etmək
  • Server və şəbəkə daxil olmaqla məlumat mərkəzi infrasturukturunun qorunub saxlanılması

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
  • Azərbaycan dili əla, rus və ingilis dili üzrə yaxşı səviyyədə biliklər
  • Linux, Oracle, MySQL, Nginx mükəmməl biliklər
  • Sahə üzrə 1- 3 il iş təcrübəsi
  • Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mikro kreditlər üzrə kiçik ekspert (Xaçmaz filialı)

Vəzifənin təsviri

Mikro kreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
  • Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
  • Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
  • Kredit portfelinə nəzarət və idarə olunması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Xaçmaz filialı
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Xadimə

Əsas vəzifə və öhdəliklər

  • Birbaşa rəhbəri tərəfindən tərtib edilmiş qrafik əsasında işlədiyi binanın təmizliyinin həyata keçirilməsi
  • Mövcud çay otağının, mətbəxin və iş yerinin təmizliyinin təmin edilməsi
  • Təmizlik işlərinin müştərilər Banka daxil olmamış və gün ərzində əməkdaşların fəaliyyətinə maneçilik törətmədən təmin edilməsi

Seçim meyarları

  • Orta təhsil
  • Əla Azərbaycan dili bilikləri
  • Məsuliyyətli, dəqiq, səliqəli və intizamlı iş yanaşması
  • Ofis şəraitində xadimə kimi təcrübənin olması üstünlükdür

İş şərtləri

  • İş yeri: Baş İdarə

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bank of Baku © 2018
Site by Jeykhun Imanov Studio