Valyuta məzənnələri Sizə zəng edək?
Dollar kreditlərinə
kompensasiya hesablama
kalkulyatoru
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İnsan Resursları

Bank of Baku – bir məktəbdir! 

İşə qəbul prosesi vaxt tələb edən və məsuliyyətli bir prosedir. Bu prosesdə biz daim çalışırıq ki, aşağıdakı prinsiplərə əməl edək:

Obyektivlik - Şəffaflıq - Əhatəlilik - İnkluzivlik

Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, testləşdirmə (məntiqi-riyazi, psixoloji, funksional) və 2 mərhələli müsahibədən ibarət ola bilər. Bütün işə qəbul müraciətləri yalnız bankın xüsusi işə müraciət forması vasitəsilə qəbul olunur.

Aşağıdakı hissədə siz bankımızda hal-hazırda mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə və müraciət edə bilərsiniz:

Kassa üzrə kiçik ekspert


Əsas vəzifə və öhdəliklər

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00
  • Əmək haqqı: 400 AZN (net)

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Terminalların texniki dəstəklənmə şöbəsinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bankomat, ödəniş və məlumat köşklərinin texniki dəstəklənməsi
  • Bankomat, ödəniş və məlumat köşklərinin mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi və ortaya çıxan nasazlıqların aradan qaldırılması
  • Bankomatlarda problemli tranzaksiyaların araşdırılması
  • Bankomat və ödəniş köşklərinə inkasassiya zamanı inkasatorların texniki dəstəklənməsi

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlük verilir)
  • Bankomat və ödəniş terminalları ilə bağlı iş təcrübəsi
  • Windows - XP/7/10 qurulumu / tənzimlənməsi
  • Active Directory (anlayış)
  • Microsoft Office, Backup & Restore proqramları, Kompüter Hardware ilə işləmək bacarığı
  • Şəbəkə qurğuları ilə iş təcrübəsinə üstünlük verilir
  • Problemə yönəlik, anatilik düşünmə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Xidmət bölməsinin kiçik eksperti


Əsas vəzifə və öhdəliklər

  • Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
  • Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
  • Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
  • Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
  • Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarığı
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İstehlak kreditləri üzrə kiçik ekspert


Vəzifənin təsviri

İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
  • Müştərilər tərəfindən verilmiş kredit ərizələrin təhlilinin aparılmasında iştirak edilməsi
  • Müsbət qərar verilmiş kredit ərizələrin rəsmiləşdirilməsinin təmin edilməsi
  • Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
  • Tələb olunan əmlakların girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Risklərin idarə edilməsi departamentinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər

  • Bankın riskə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
  • Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması
  • Risklər üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) ilə işləmək bacarığı
  • Analitik düşüncə tərzi
  • Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İcra şöbəsinin hüquqşünası (Sumqayıt filialı)

Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması və işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Seçim meyarları

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla bacarıqlar
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Analitik və yaradıcı düşüncə tərzi
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • İş yeri: Sumqayıt filialı
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mətbuat katibi


Əsas vəzifə və öhdəliklər

  • Bankın məhsul və xidmətləri, yenilikləri və ümumi fəaliyyəti ilə bağlı press-relizlərin yazılması və KİV-də yayımının təmin edilməsi
  • Bankdaxili keçirilən tədbirlərə, mühüm hadisələrə dair aylıq bülletenin hazırlanması
  • Bank nümayəndələri ilə media qurumları arasında müsahibələrin təşkili, fərqli mövzularda məqalələrin hazırlanması
  • KİV nümayəndələri ilə peşəkar əlaqələrin qurulması və daim inkişaf etdirilməsi
  • KİV-də yayılan xəbərlərin gündəlik monitorinqi və təhlili

Seçim meyarları

  • Ali təhsili olan şəxslər
  • Azərbaycan və Rus dilləri üzrə əla, İngilis dili üzrə yaxşı şifahi və yazılı ünsiyyət bacarığı olanlar
  • Sahə üzrə 1-3 il iş təcrübəsinə malik olanlar
  • Yüksək ünsiyyət bacarığına malik, danışıqlar apara bilən şəxslər
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert


Vəzifənin təsviri

Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert bankın kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostika fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir. Əsas vəzifə və öhdəliklər

  • Kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
  • İT infrastrukturunun qurulması, kompyuter və ofis texnikasının sazlanması
  • Helpdesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
  • Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
  • Windows XP, 7, 10 (Server 2012, 2016 arzu olunandır), Microsoft Office 2010, 2013, 2016 proqramları ilə dərindən işləmək bacarığı
  • Yaradıcı və analitik düşüncə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Ödəniş sistemləri departamentinin eksperti

Əsas vəzifə və öhdəliklər

  • Ecom serverində yeni merchant-ların yaradılması və 7/24 fəaliyyətinə nəzarət edilməsi
  • Web və application serverlərin qurulması və onlara nəzarət olunması (Apache/Jetty/Weblogic)
  • Processing-in infrastrukturunda dəyişikliklərin və yeniliklərin planlaşdırılması, razılaşdırılması və həyata keçirilməsi

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
  • Azərbaycan, rus və ingilis dilləri üzrə əla səviyyədə biliklər
  • Linux əməliyyat sistemi barəsində biliklər
  • Sahə üzrə 1- 3 il iş təcrübəsi
  • Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

DB Admin/Bank sistemləri departamenti



Əsas vəzifə və öhdəliklər

  • Oracle 11g Məlumat bazasının inzibatçılığı
  • Məlumat bazasının Rezerv surətinin yaradılması siyasətinin planlaşdırılması və həyata keçirilməsi
  • Problem yarandığı halda məlumat bazasının bərpası

Seçim meyarları

  • Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
  • Azərbaycan dili əla, rus və ingilis dili üzrə yaxşı səviyyədə biliklər
  • Oracle, SQL və PL/SQL, RMAN, Red Hat, Oracle Linux, Windows Server proqramları üzrə mükəmməl biliklər
  • Sahə üzrə 1- 3 il iş təcrübəsi
  • Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

  • İş yeri: Əməliyyat Mərkəzi
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.