Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” rəqəmsal bankçılıqda yeni həmlələrə hazırlaşır - MÜSAHİBƏ

7 Noyabr 2017

“Bank of Baku” ASC-nin Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasovun “Marja”ya müsahibəsi.

- Rəqəmsal bankçılıq sürətlə inkişaf edir, ənənəvi bankçılığı sıxışdırır. Rəqəmsal bankçılıq sahəsində qarşıdakı dövrdə bizi nə kimi texnoloji yeniliklər gözləyir? “Bank of Baku” yeni dövrə necə hazırlaşır? Rəqəmsal bankçılıqda qarşıya hansı hədəflər qoyulmuşdur?

Bəli, qeyd etdiyiniz kimi rəqəmsal bankçılıq sahəsində son dövrlər sürətli inkişaf müşahidə olunur. Öncəki müsahibələrimizdə biz rəqəmsal bankçılığın üstünlükləri haqqında geniş danışmışdıq. Bu dəfə istərdim ki, bank sektorunun onlayn seqmentinin inkişaf tendensiyaları haqqında ətraflı müzakirə aparaq.

Statistik məlumatlara əsasən, deyə bilərəm ki, müştərilərin böyük əksəriyyəti məsafəli xidmətdən – bank xidmətlərindən onlayn istifadəyə daha çox üstünlük verirlər ki, bu da onların bank ofislərini tez-tez ziyarət etmələrinin və əlavə vaxt itirmələrinin qarşısını alır.

Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün banklar müştərilərinə xidmətlərindən onlayn istifadə imkanı yaradıb. Bunu son dövrlərdə həm marketoloqların, həm də bankların ümumi fəaliyyətlərindən aydın şəkildə görmək olar. Belə ki, artıq hər kəs məhsullarını rəqəmsal platformalardan istifadə edərək müştərilərə tanıtmağa və əməliyyatlarından onlayn istifadə imkanlarını genişləndirməyə çalışırlar. Bunlar da müştərilərin məhsullardan daha sürətli və operativ istifadəyə olan ehtiyac və tələblərinin nəzərə alınmasından irəli gəlir.

Bu sahədə sosial şəbəkələrin gələcək perspektivlərini də unutmamalıyıq. Belə ki, Facebook, İnstagram, whatsapp kimi platformalar maliyyə xidmətləri sahəsində kifayət qədər aktiv olmayana qədər, bankların onlayn bankçılıqda, əsasən də rəqəmsal sahədə öz mövqelərini qorumaq və daha da gücləndirmək üçün yaxşı imkanları var. Bunu nəzərə alaraq, Bank of Baku bu sahədə öz məhsullarını daha geniş çeşiddə bazara təqdim etməklə, 100-ə yaxın saytlara və onlayn servislərə elektron kommersiya xidmətini göstərir. Bankımızın prossesinq mərkəzindən istifadə etməklə bu saytlar öz məhsul və xidmətlərini həm ölkədaxili, həm də ölkəxarici satışını onlayn həyata keçirir, ödənişləri rahat şəkildə qəbul edə bilir.

- İnternet bankçılıq və mobil bankçılıq filiallar üçün təhlükədir?

Cari durumda real yanaşsaq, yaxın 5 il ərzində banklarımızın tamamilə məsafəli xidmət kanallarına keçəcəyini düşünmək inandırıcı deyil. Səbəblər də müxtəlifdir. Məsələn, bugünki qanunvericilik rəqəmsal bankçılığın tam inkişafına imkan vermir və buna görə də indiki rəqəmsal bankçılıq sadəcə ənənəvi bankçılığın bir hissəsi və ya ona bir əlavə olaraq dəyərləndirilə bilər. Baxmayaraq ki, korporativ sahədə internet bankinq sürətlə inkişaf edir, pərakəndə bankçılıqda əksinə, müştəriləri internet və mobil bankinqdən istifadəyə öyrəşdirmək çox çətindir.

Yerli bankların qarşısında duran mühüm problemlərdən biri qeyri-bank elektron ödəniş sistemlərindən istifadənin sürətlə yayılmasıdır ki, bu da internet və mobil bankçılığın daha da inkişaf etdirilməsi üçün mühüm addımların atılmasını zəruri edir.

Bütün bunları nəzərə alaraq, hal-hazırda filiallar üçün hansısa təhlükədən danışmaq bir az tez olar.

- İnternet bankçılığı və mobil bankçılıq sahəsində aktiv müştəri sayınız nə qədərdir? Artım nisbətləri son illər necə olub? Ümumiyyətlə, müştəriləriniz texnoloji yenilikləri necə qarşılayırlar?

Hal-hazırda, internet bankçılıqdan istifadə edən müştərilərimizin toplam sayı 100.000 nəfərdən çoxdur.

Qısaca olaraq, xatırladım ki, Bank of Baku, hələ 2015-ci ilin əvvəlindən müştərilərin internet bankinqə qoşulma prosesini çox sadələşdirdi. Belə ki, 17 aprel 2015-ci il tarixindən sonra bankımızda hər hansı bir kredit məhsulunu alan və ya cari, əmanət, kart hesabını açan müştərilər filiala yaxınlaşmadan, sadəcə 145 Məlumat Mərkəzinə zəng etməklə və müvafiq məlumatları bildirməklə internet bankinqdən tam istifadə hüququna malik ola bilərlər. Bütün digər müştərilərə isə natamam istifadə hüququ verilir. Həmin müştərilər tam istifadə hüququna keçmək üçün filiala yaxınlaşıb mütləq internet bankçılıq üzrə əməkdaşlıq müqaviləsini imzalamalıdırlar. İnternet bankinq sisteminə daxil olmaq üçün istifadəçinin logini və parolu, banka təqdim etdiyi mobil telefonuna sms vasitəsilə göndərilir. Bunun nəticəsidir ki, son 3 ildə bizim banka yaxınlaşan, demək olar ki hər bir müştəri internet və mobil bankinqə rahat giriş imkanı ilə təmin olunmuşdur. Qarşıda qoyduğumuz əsas məqsədlərdən biri, hər bir müştərimizin internet və mobil bankçılıq xidmətlərimizə rahat giriş və istifadə imkanı ilə təmin etməkdir. Eyni zamanda biz anlayırıq ki, hər kəsin internetə çıxışı yoxdur və ya smartfon və komputerdən istifadə vərdişləri zəifdir, bunu nəzərə alaraq, ümumi müştəri bazamızın 80%-ni aktiv internet və mobil bankçılıq istifadəçisi olaraq görməyi hədəfləmişik. Cari müştəri bazamızla müqayisə etsək, bu rəqəm 15% təşkil edir, onun artırılması istiqamətində ciddi işlər görülməkdədir.

- Bu ilin ötən dövründə internet və mobil bankçılıq xidməti istifadə edilərək aparılan əməliyyatların məbləği nə qədər olub? Ən çox hansı əməliyyatlardan istifadə olunub?

Statistikaya baxsaq, deyə bilərik ki, bu yay aylarında ilk dəfə olaraq korporativ müştərilərimizin internet bankinq vasitəsilə etdiyi pul köçürmələrinin həcmi bank filiallarında etdikləri köçürmələri üstələmişdir.
Hər ay məbləğ olaraq 40 milyondan, say olaraq isə 5000-dən artıq tranzaksiya əməliyyatı internet bankinq vasitəsilə həyata keçirilir, bu o deməkdir ki, müştərilər 5000 dəfə banka gəlmədən, zamanını itirmədən, sənəd toplusunu təqdim etmədən onlayn rejimdə işlərini həll edə biliblər. Əminliklə deyə bilərəm ki, internet bankçılığın inkişafı sahəsində mühüm addımlar atmasaydıq, hal-hazırda filiallarda müştəri müraciətlərinin sayı həddən artıq çox ola və bununla da, gərginlik yarada bilərdi.

Internet və Mobil bankinqdən istifadə istiqamətlərini şərti olaraq aşağıdakı 4 qrupa bölərdim:

  • məlumat xarakterli (məsələn, kart və ya hesab üzrə mövcud balansı əldə etmək, çıxarış və ya kredit haqqında ətraflı məlumat);
  • ödəniş xarakterli (məsələn, xidmət ödəmək və ya hesabdan hesaba pul köçürməsini etmək, konvertasiya əməliyyatları);
  • məhsulların sifarişi və emalı (kredit sifarişi, debet kart sifarişi və s);
  • və digər xidmətlər (məsələn, kartın blok edilməsi, sms bankingə qoşulması, ATM və Cash in yerləşmə sxemin tapılması və s.).

Fiziki şəxslər daha çox məlumat xarakterli və məhsulların sifarişi xidmətindən istifadə edirlər, korporativ müştərilərimiz isə hesablarda olan pul dövriyyəsi barədə məlumatın alınması ilə yanaşı ödəniş xarakterli xidmətlərdən istifadəyə üstünlük verirlər.

- Azərbaycanda rəqəmsal bankçılıqdan istifadənin artması üçün dövlətin hansı addımları atmasını istərdiniz?

Qeyd etdiyim kimi, banklar haqqında qanunvericiliyə nəzər salsaq, rəqəmsal bankçılığın inkişafına zidd olan müəyyən məqamları görə bilərik. Hesabların açılması, kartların emissiyası, valyuta tənzimi, nağdsız hesablaşmalar və pul köçürmələri qaydaları və normativ aktlarında mühüm dəyişikliklər olmalıdır ki, müştəri rəqəmsal bankçılıqdan rahat və təhlükəsiz şəraitdə istifadə edə bilsin, əməliyyat imkanları məhdudlaşmasın. Müştəri bank hesabı açmaq istəyir, qaydalara riayət edərək onu filiala çağırmalı oluruq, kredit almaq, adi debet kart əldə etmək, əmanət yerləşdirmək istəyir hər dəfə filiala gəlmək məcburiyyəti ilə qarşılaşır. Bu da əlbəttə ki, onun zaman itkisinə səbəb olur. Müəyyən addımlar atılsa, müştərilən bank xidmət və məhsullarından onlayn istifadə imkanlarını genişləndirərək, bu prosesi çox asanlıqla avtomatlaşdırmaq olar. Artıq bildiyiniz kimi, bu istiqamətdə həm Mərkəzi Bank, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Azərbaycan Banklar Asosiyasiyası böyük işlər görür, inanıram ki, bu işlərin nəticəsi olaraq, rəqəmsal bankçılıq sahəsində yeni inkişaf mərhələsi başlayacaq.

- Son vaxtlar yerli banklar korporativ müştərilərə daha çox fokuslanıblar. “Bank of Baku” şirkətləri və sahibkarları özünə cəlb etmək üçün rəqəmsal mühitdə hansı yeniliklər edib?

Rəqəmsal maliyyə xidmətlərimizdən olan internet bankinqimizdən aktiv istifadə edən şirkətlərin sayı 1000-ə yaxınlaşır. Bu şirkətlərin hər birinin istək və ehtiyaclarına uyğun fəaliyyət və xidmət dairəmizi mütəmadi olaraq genişləndirir və təkmilləşdiririk. Onlardan bəzilərini misal olaraq göstərmək istərdim. Bu yaxınlarda, şirkət mühasiblərinin işini rahatlaşdıracaq hesab əməliyyatları üzrə 1C hesabatlarının eyni adda mühasib proqramına inteqrasiya olunmuş çıxarış faylını internet bankçılığa əlavə etdik. Yəni, mühasiblər 1C hesabatları üzrə çıxarışları çox rahat şəkildə internet bankinqdən əldə edə bilərlər. Digər yeniliklərimizdən əmək haqqı kartı bankımızdan olan korporativ müştərilərin mühasibləri üçün yaratdığımız banka gəlmədən sadəcə bir kliklə əmək haqqlarının karta köçürülməsi imkanıdır. Bununla yanaşı, korporativ müştərilərə özəl olaraq internet bankçılıqda SWIFT çıxarışın onlayn əldə olunması funksiyası əlavə olunub. Belə ki, şirkətlər hesablar üzrə həyata keçirdikləri həm mədaxil, həm də məxaric olunan əməliyyatların çıxarışını əldə edə bilərlər. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır. Qeyd edim ki, bu cür çıxarışları Avropada fəaliyyət göstərən banklar 20-30 avro civarında öz müştərilərinə təqdim edirlər, bizim müştərilərimiz isə bu imkandan tamamilə pulsuz faydalana bilərlər. Əlavə olaraq, şirkətlərin sual və müraciətlərini dərhal cavablandırmamız üçün hər bir şirkətə individual konsultant xidmətini təqdim etdik, onlara anında geri dönüş imkanı yaratdıq. Konsultantla əlaqə həm internet bankinkinq vasitəsilə, həmçinin məhz korporativ müştərilər üçün istifadəyə verilmiş 145-1-1 telefon xətti ilə mümkündür.

- Son vaxtlar “Bank of Baku” nun bir sıra rəqəmsal maliyyə xidmətlərini istifadəyə verdiyini qeyd etdiniz. Onlardan biri Azərbaycanda ilk dəfə ödəniş terminallarından xaricə pul köçürmək xidməti idi. Bildiyimizə görə, gün ərzində maksimal 300 dollaradək köçürmək mümkündür. Həmçinin ödəniş terminalları yalnız USD əskinaslarını qəbul edir. Gələcəkdə maksimal məbləğin artırılması və manat əskinaslarının qəbulu nəzərdə tutulur?

Bəli, düz vurğuladınız. Onu da qeyd edim ki, ödəniş terminalları ilə yanaşı müştərilərimizə İnternet Bankçılıq xidmətimiz vasitəsilə də Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını ilk dəfə biz yaratmışıq. Qeyd etdiyiniz kimi, hal-hazırda gün ərzində maksimum 300 dollaradək köçürmə etmə mümkündür, bu limitin tədricən 1000 dollaradək artırmağı düşünürük. Manat əskinazları ödəniş terminallarımız tərəfindən artıq qəbul olunur, köçürmə edildiyi zaman Bankın həmin günə uyğun satış kursu ilə dollara konvertasiya edilir.

- İnternet bankçılıq fərdi şəxslər və şirkətlər üçün bank xidmətlərini xeyli asanlaşdırıb. Lakin hələ də şirkətlər fiziki çek yazırlar və hesablarından pul çıxartmaq üçün banka gəlmək məcburiyyətindədirlər. Bu əməliyyatların nə vaxt elektronlaşacağı gözlənilir?

Məlumat üçün bildirim ki, Bankımız tərəfindən bu tip əməliyyatların elektronlaşdırılması istiqamətində mühüm layihələrdən birinə - İŞKART – biznes kart məhsulunun istifadəsinə başlanılıb. Bu ilin fevral ayında korporativ müştərilərimizə özəl olaraq təqdim olunan İşKart məhsulumuz sözün əsl mənasında onların işini asanlaşdırır. Belə ki, həmin kart hüquqi şəxsin və ya fərdi sahibkarın bilavasitə bank hesabına bağlıdır. Son illərdə dövlətimiz tərəfindən nağdsız dövriyyənin artırılması istiqamətində işlər aparılıb, Mərkəzi Bankın və Vergilər Nazirliyinin təlimatlarına və qanunvericiliyə bir sıra əlavələr və dəyişikliklər olunub, ən mühüm dəyişiklər isə bu ilin yanvar ayından etibarən qüvvəyə minmişdir. Sahibkarlar tərəfindən bir çox əməliyyatların nağd qaydada keçirilməsi məhdudlaşdırılmış, bəzi sahibkarlıq növü ilə məşğul olan qurumların (misal üçün Sığorta, BOKT, Turizm) isə ümümiyyətlə nağd şəkildə əməliyyatların aparılmasına qadağa qoyulmuşdur. Bundan başqa qeyd edim ki, bank hesabından aparılan istənilən nağdlaşdırılma əməliyyatına görə əlavə 1% həcmində vergi tutulur. Bütün bu dəyişikliklər də sahibkarı məcbur edir ki, əməliyyatlarını nağdsız (hesabdan-hesaba köçürmə yolu ilə, pos-terminal və ya onlayn ödənişlə) şəkildə həyata keçirtsin. Sırf belə hallarda bizim İŞKART həm hüquqi şəxslərə, həm də sahibkarlara hərtərəfli dəstək olmağa hazırdır. Həmçinin artıq sahibkarlar öz cari hesablarından pulu sadəcə nağdlaşdırmaq istədikləri halda, banka yaxınlaşmadan, növbədə durmadan istənilən vaxt Bank of Baku bankomatlarından daha endirimli tariflə çıxarda bilərlər. Qeyd edim ki, vəsait filialda nağdlaşdırılarsa, bu halda biz 0,7%, kart vasitəsilə nağdlaşdırılarsa, isə cəmi 0,5% komissiya tədbiq edirik.

- Yaxın günlərdə hansı rəqəmsal yeniliklərin tətbiqini nəzərdə tutursunuz?

İdeyalar həddindən artıq çoxdur, gözlənilən yeniliklərimiz haqqında isə hələlik açıqlama vermək istəməzdim, hələ ki, sirr olaraq qalsın J İş prosesi yekunlaşmaq üzrə olan, bir sıra yeniliklərimizi böyük məmnuniyyətlə sizlərlə bölüşürəm. Belə ki, ən qısa zamanda korporativ müştərilərimizə ölkədaxili hesabdan-hesaba pul köçürmələri ilə yanaşı, həmçinin ölkəxarici bank hesablarına filiala yaxınlaşmadan internet bankinq və ya mobil bankinq vasitəsilə pul vəsaitlərini köçürmə imkanı təqdim ediləcək. Digər mühüm yeniliklərimizdən biri isə bizim plastik kart istifadəçilərimiz üçün nəzərdə tutulub. Plastik kart müştərilərimiz indi internet və mobil bankinq, elədə də, Bankımızın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ istifadə etməklə öz kart hesablarından dünyanın istənilən Visa və MasterCard kartlarına pul köçürmələrini edə biləcəklər. Bu günə qədər, bu ancaq ölkədaxili kartlara şamil olunurdu, bu yeniliyi tətbiq etməklə, Bank of Baku, Azərbaycan bank bazarında növbəti ilkə imza atmış olur.

Son olaraq qeyd etmək istərdim ki, həm korporativ, həm də istehlak müştərilərimiz üçün bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (onlayn alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Bankinq, Mobil Bankinq, SMS-Bankinq vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstərmək niyyətindəyik. Həyata keçirmək istədiyimiz çoxlu ideyalarımız var, bizi izləyin ki, anında məlumatınız olsun.

- Müsahibə üçün təşəkkür edirik.