Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“GƏLİİİİR”in sirləri açılır - çoxları bu kartı alır

5 Noyabr 2017

Digər bankların kart sahibləri Bolkartlılara həsəd aparırlar. Uzun müddətdir heç bir kartda bu qədər sayda kampaniya olmurdu.

Düz bir ay əvvəl “Bank of Baku”nun “GƏLİİİİR” şüarı ilə yenilklər təqdim etməyə hazırlaşdığı barədə xəbər yaymışdıq. Son günlər “GƏLİİİİR”in sirləri açılır. Bir-birinin ardınca elan edilən yeniliklər və kampaniyalar “Bolkart” sahiblərinə illik 5% qazancdan tutmuş Nyu-Yorka 2 nəfərlik səyahət paketinədək fürsətlər vəd edir.

İlk öncə qeyd edək ki, Bolkart 2 növdədir: Bolkart debet və Bolkart kredit. İki kartın fərqi budur ki, Bolkart debet karta müştəri öz vəsaitini ödəyib istifadə edir, Bolkart kredit kartında isə bank tərəfindən ayrılmış məbləğ xərclənir. Kartın sahibi müəyyən edilmiş vaxtdan sonra Bankın pulunu geri qaytarır. Bolkart debet kartını şəxsiyyət vəsiqəsi ilə almaq mümkündür. Bolkart kredit kartını əldə etmək üçün isə şəxsiyyət vəsiqəsilə bərabər, iş yerindən arayış da tələb olunur.

BOLKARTLI XIRDA XƏRCLƏRƏ GÖRƏ ƏLİNİ CİBİNƏ ATMAYA BİLƏR

“GƏLİİİİR” şüarı ilə təqdim edilən ilk yenilik kartın depozit funksiyası oldu. Belə ki, balansında minimum 100 AZN vəsaitin olduğu həm Bolkart debet, həm də Bank of Bakunun əmək haqqı kart sahibləri, illik 5% gəlir əldə edirlər. Bu gəlir ilə aylıq kommunal xərclərin bir hissəsini ödəmək olar. Ehtiyat pulu evdə istifadəsiz saxlamaqdansa, Bolkartda saxlayıb gəlir götürə və həmin gəlir ilə xırda aylıq xərclərinizi ödəyə bilərsiniz. Həm pulunuzu qoruyub saxlayırsınız, həm də cibinizdən ödədiyiniz kommunal haqlar sizdə qalır. Məsələn, 3000 manat pulu Bolkart debetdə saxlayaraq hər ay 12,5 manat qazana bilərsiniz.

DAHA UZUN MÜDDƏTƏ BALA-BALA ÖDƏNİŞ

“GƏLİİİİR” şüarı ilə təqdim edilən ikinci yenilik alış-veriş etməyi sevənlər üçün nəzərdə tutulub.

Belə ki, 01-10 avqust tarixləri arasında Bolkartla ticarət mərkəzlərində yerləşən partnyor mağazalardan alış-veriş edənlər ödəniş müddətinə əlavə 2 ay möhlət qazanırlar. Yəni, 3 aya ödəmək imkanı ilə satılan məhsulun dəyərini 5 aya, 6 aya ödəmək imkanı ilə satılan məhsulun dəyərin 8 aya, 12 ay olanı isə 14 aya bala-bala ödəyə bilərsiniz. Qeyd edək ki, kampaniya “Park Bulvar”, “28 Mall”, “MetroPark”, “Port Baku” və “Gənclik Mall”da yerləşən partnyor mağazalarda keçərlidir. Partnyor mağazaların siyası ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

AVQUSTDA ALIŞ-VERİŞ ET, PULUNU OKTYABRDA ÖDƏ

İl boyu işləyib Avqust ayında məzuniyyətə çıxanlar çox olur. Adətən məzuniyyət ayının maaşı istirahətə və digər xərclərə çatmır. Bol kartınız varsa, narahat olmağa dəyməz. Belə ki, “Bank of Baku”nun davam edən kampaniyası ilə bu gün alış-veriş edib, xərcini 2 ay sonra ödəyə bilərsiniz. Bolkartlılara özəl bu kampaniya Abşeron kəndlərində yaşayanlara və istirahət edənlərə daha çox sərf edəcəkdir. Bakı bağları zonasında

“Alış-veriş et, xərcini 2 ay sonra ödə” imkanı xaricdə istirahət edən Bolkart sahibləri üçün də yaradılıb. 10 Sentyabr tarixinədək Bolkartla xaricdə alış-veriş edib, xərcini 2 ay sonra ödəmək mümkündür. Belə ki, Avqust ayında etdiyiniz alış-verişləri 1-10 Oktyabr, Sentyabr ayında etdiyiniz alış verişlərin dəyərini isə 1-10 Noyabr tarixlərində ödəyə bilərsiniz. Kampaniya ölkə xaricindən edilmiş onlayn alış-verişlərə şamil edilmir.

ÖDƏNİLMİŞ ƏDV GERİ ALINIR

“GƏLİİİİR” şüarı ilə təqdim edilən digər bir yenilik Avropada alış-veriş zamanı ödənilmiş ƏDV məbləğinin geri alınmasını nəzərdə tutur. Belə ki, Avropada Bolkartla xərclənən vəsaitin 19%-i “TaxFree4U”dan geri alına bilinir.

Bunun üçün sadəcə, Android və İOS dəstəkli mobil telefonlardan TaxFree4U mobil tətbiqini yükləyib qeydiyyatdan keçmək lzımdır.

BONUS TOPLA, SONRA ALIŞ-VERİŞDƏ İSTİFADƏ ET

Hələ bu harasıdır. Daha bir imkan Bolkartlılara Bonus qazandırır. Bolkart debet və Bolkart kredit kartı olanlar həm ölkədaxili, həm də, ölkəxarici edilən alış-verişlər ilə 15%-dək bonus qazanırlar. Üstəlik, internet vasitəsilə ödəniş edilən zaman da Bonus qazanılır. Toplanan bonulardan isə daha sonra yeni alış-verişlərinizdə istifadə edə bilərsiniz. 1 Bonus = 1 AZN dəyərindədir. Məsələn, 100 bonusunuz varsa, demək ki, 100 AZN dəyərində alış-veriş etmək imkanınız var.

BOLKARTLILARA ENDİRİM

Kampaniyalar çoxdur. Parfümeriya və kosmetika alanlar da düşünülüb. Belə ki, “İdeal” mağazaları şəbəkəsindən Bolkartla edilən alış-verişlərə 25% endirim tətbiq olunur. Endirimdən əlavə, alış-verişin xərcini 6 aya faizsiz ödəmək mümkündür. Üstəlik, 1 aylıq alış-verişlərinizə 5% bonus hədiyyə verilir.

Bundan başqa, “Mosiac Fashion Club”a daxil olan “Karen Millen”, “LKBennett”, “OASIS” və “French Connection” mağazalarında Bolkartla alış-veriş edənlər 70%-ə qədər endirim əldə edirlər. Üstəlik xərclənən məbləğin 7%-i yenidən karta geri qayıdır.

Ümumiyətlə, Bolkartda hər ödənişdə məbləğin 15%-dək hissəsini bonus kimi balansınıza qaytarmaq imkanını malikdir. Debet bolkartlardan "Bank of Baku"-nun ATM və POS terminallar vasitəsi ilə nağdlaşdırılan məbləğə görə nağdlaşdırma komissiyası tutulmur.

KAMPANİYALARIN ŞAHI

Kampaniyaların ən möhtəşəmi Nyu-Yorka 2 nəfərlik səyahət paketi udmaq şansı yaradır. Belə ki, hər gün marketlərdən evimizə ərzaq və qeyri-ərzaq məhsulları alırıq. Həmin alış-verişləri 17 sentyabr 2017-ci il tarixinədək Bolkart kredit və Bolkart debet kartları ilə edərək "xəyallar şəhəri"nə getmək yarışına qoşula bilərsiniz. Ölkə xaricində edilən alış-verişlər də nəzərə alınır.

Şərtlərə əsasən, kampaniya dövründə minimum 20 AZN-lik (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlı qalib olacaq. Nyu-Yorka 2 nəfərlik səyahət paketinə aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi daxildir.
Hədiyyə təkcə bu deyil: Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 Bolkartlıya (20 AZN dəyərində əməliyyatların sayı həftə ərzində min. 3 dəfə olmaq) Bolkart Gold/Bolkart Diamond + 100 AZN bal; Bir ay ərzində ödənişlərin ümumi məbləği ən çox olan Bolkartlıya isə fotoaparat hədiyyə olunacaqdır.

Devalvasiyalardan sonra sakitlik idi. “Bank of Baku”nun çoxsaylı kampaniyaları böyük səs-küyə səbəb olub. Hətta digər banklardan kart alanlar Bolkart əldə etməyə başlayıblar. “Bank of Baku”nun bu həmləsi nağdsız ödənişləri yenidən canlandırır.

Sonda qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə "Bank of Baku"-nun istənilən filialına müraciət edib Bolkart debet kartı sifariş edə bilərsiniz. Kartı onlayn da sifariş etmək mümkündür. Kartı onlayn sifariş etmək üçün şəxsiyyət vəsiqənizin hər iki tərəfinin şəkilini çəkib, mobil nömrənizi və hansı kartı əldə etmək istəyirsinizsə qeyd edib, online_service@bankofbaku.com mail ünvanına göndərə bilərsiniz. Sizin ilə əlaqə saxlanılıb, məlumat veriləcək.