Kart istifadəçiləri ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına məruz qalmamaları üçün ən azı aşağıdakı təhlükəsizlik tələblərinə əməl etməlidilər:
- ödəniş kartı (bundan sonra – kart) bank filialında təhvil alındıqdan dərhal sonra arxa hissəsində olan imza üçün zolaqda imza çəkilməlidir;
- kart və kart məlumatları (kart nömrəsi, kartınq qüvvədə olma tarixi, CVV və karta bağlı PİN-kod) üçüncü səxslərə verilməməlidir;
- PİN-kod digər şəxslər üçün əlçatan olmayan formada qorunmalı, kartla bir yerdə saxlanılmamalı, habelə kartın üəzrində yazılmamalıdır. PİN-kod yadda saxlanılmalıdır;
- kart bu xidməti dəstəkləyirsə, bankomat vasitəsilə “PİN change” xidmətindən yararlanıb yeni PİN-kod seçilə bilər. Yeni PİN-kod müəyyən edildikdə doğum tarixi, ardıcıl təkrarlanan rəqəmlə kimi kombinasiyalardan istifadə edilməməlidir;
- kartla aparılan əməliyyatlar haqqında zamanında məlumat almaq üçün SMS məlumatlandırma xidmətinə qoşulmalı, bankınq təqdim etdyi elektron bankçılıq (internet və mobil bankçılıq) xidmətlərindən istifadə edilməlidir.
- kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi təqdirdə dərhal bankla əlaqə saxlanılmalı (iş günləri ərzində 09:00-20:00 saatlarında “145 Məlumat Mərkəzi”, digər saatlarda və qeyri-iş günlərində isə “*8893 telefon nömrəsi) və kart bloklaşdırılmalıdır. Kart SMS və internet bankçılıq xidmətləri vasitəsilə də bloklaşdırıla bilər. Bankla əlaqə saxlanılarkən kart nömrəsinin son 8 rəqəmi və kod sözü bildirilməlidir;
- ictimai yerlərdə məsələn bank filialları, iri ticarət mmərkəzləri, dövlət idarələrində və onlara yaxın məkanlarda quraşdırılmış, işıqlandırılmış sahələrdə olan bankomatlardan istifadə edilməlidir;
- bankomatdan istifadə edərkən kart qəbuledici qurğu, klaviatura, habelə pul əkinaslarının verildiyi sahədə yad cihazların olmamasına diqqət edilməli, əks halda əməliyyatın aparılmasından imtina edilərək bu haqda Bank məlumatlandırılmalıdır;
- bankomat və POS-terminallarda əməliyyat apararkən kənar şəxslər üçün kart və kart məlumatları əlçatan olmamalıdır. Məsələn PİN-kod bir əllə daxil edərkən digər əllə görünməməsini təmin edilə bilər;
- internet üzərindən ödənişlərin aparılması üçün “Bank of Baku” ASC-nin virtual kartlarından istifadə edilməsi tövsiyə edilir;
- kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış SSL sertifikatlarla mühafizə olunmuş internet səhifələrində daxil edilməlidir;
- internet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşularaq əməliyyatlar SMS məlumatlandırma əsasında əldə olunan şifrə ilə başa çatdırılmalıdır;
- internet üzərindən ödənişlər şəxsi komputer vasitəsilə aparılmalı, əks halda isə kart məlumatlarının saxlanılmaması təmin edilməlidir.