Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Ads
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!

13 May 2019

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixində “FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı tədbir keçiriləcək. Maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsinin keçiriləcəyi sammitdə dövlət qurumları və bir çox maliyyə təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.

Sammitin keçiriləcəyi həftə - 13–17 may 2019-cu il həftəsi isə Azərbaycanda “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilmişdir. Ölkənin İnnovativ Bankı və 25 ildir ki, “Bank Sektorunun Akademiyası” adına sahib olan Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək. Ölkənin maliyyə və bank sektoruna gətirdiyi innovativ həlləri ilə təməl daşları qoyan və günün müasir bankçılıq trendlərini izləyərək yeniliklərə imza atan Bank “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”ndə gələcəyin mütəxəssislərinə özəl, silsilə təlimlərə start verəcək.

Belə ki, Bank of Baku Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan 20 tələbəyə özəl olaraq 14 may 2019-cu il tarixində “BOB Akademiya” təlim mərkəzində “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzusunda seminar təşkil edəcək. Ümumilikdə 2 saat davam edəcək təlimlər, Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçiriləcək sammit barədə ətraflı məlumatla bu linkə - https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti daxil olaraq, Bank of Baku-nun xidmət və ya məhsulları barədə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio