Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Ads
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-da problemli kreditlərin restrukturizasiyası davam edir!

11 Oktyabr 2019

Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, 15.05.2019-cu il tarixindən etibarən problemli kreditlərin restrukturizasiyası prosesinə başlayıb.

Qeyd olunan tarixdən bu günədək Bank of Baku-da 25.000 nəfərdən çox müştərinin vaxtı keçmiş kredit borcları üzrə ümumilikdə 57 mln. manatdan çox vəsait restrukturizasiya edilmişdir. Bu restrukturizasiya portfelinin məbləğ üzrə təqribən 50%-nin, müştəri sayı üzrə təqribən 38%-nin icra edilməsi deməkdir.

Restrukturizasiya prosesi zamanı 01.01.2012 – 28.02.2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01.03.2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslər güzəştli şərtlərdən yararlanıblar. Belə ki, restrukturizasiya zamanı müştərilərin kredit müqavilələri illik 1%-lə, 5 il müddətinə və KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir. Yeni müqavilə şərtlərinə əsasən, müştərilər ilk 12 ayın ödənişlərindən azad olunaraq sadəcə faiz borcunu ödəyə bilərlər.

Hal-hazırda "Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı müştərilərinin xidmətindədir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials

Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı sizi maraqlandıran suallara Bankın 145 Məlumat Mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio