Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-dan bir İLK - Xarici bank kartlarına pul göndərmək mümkün oldu!

19 Dekabr 2017

Ölkənin bank sektorunda hər zaman öz yenilikləri ilə tanınan və bununla da sektorunun innovatoru hesab edilən Bank of Baku, daha bir İLKə imza atdı!

Bank, bu dəfə İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmə imkanını təqdim etdi.

Belə ki, Bank of Baku-nun İnternet Bankçılıq proqramından istifadə edən şəxslər, Bank of Baku və ya digər banka aid kartlarından vəsaitlərini,

  • “Bank of Baku” kartlarına,
  • Ölkədaxili digər bank kartlarına,
  • Xarici bank kartlarına

“Money Send” xidməti vasitəsilə asanlıqla və təhlükəsiz formada göndərə biləcəklər.
Bankın gətirdiyi əsas YENİLİK - kartdan-karta xaricə pul göndərmə imkanı vasitəsilə müştərilər xarici bank kartlarına da pul göndərə biləcəklər.

Yəni, Bank of Baku-nun İnternet Bankçılıq istifadəçiləri istər Bank of Baku, istərsə də digər yerli bankların kart hesablarından xarici bank kartlarına istədikləri vaxt kartdan-karta pul köçürməsi edə biləcəklər.

Bir plastik kartla aparılan köçürmə məbləğinin gündəlik limiti 1.700 AZN (1.000 USD ekv.), aylıq limiti isə 17.000 AZN (10.000 USD ekv.) təşkil edir.

Qeyd edək ki, müştərilər İnternet Bankçılıqdan istifadə etməklə sadəcə kartdan-karta deyil, eyni zamanda Contact Təcili Pul köçürmə sistemi vasitəsilə də təcili pul köçürmələrini həyata keçirər bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.