Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Onlar Sevinsin” layihəsi 5-ci ilində qəhrəmanlar diyarı - GƏNCƏDƏ!

15 Sentyabr 2021

Aydın və parlaq gələcəyə açılan qapıların açarının savadlı və xoşbəxt uşaqların əlində olduğuna inanan və bu məqsəd uğrunda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində bir çox layihələrə imza atan Bank of Baku, 2017-ci ildən etibarən hər il silsilə olaraq icra etdiyi “Onlar Sevinsin” layihəsinin 5-ci ilini də bu il uğurla həyata keçirdi.

Missiyasına sadiq qalan Bank of Baku-nun əməkdaşları bu dəfə qədim mədəniyyətin beşiyi, qəhrəmanlar diyarı Gəncə şəhərinə və Göygöl rayonuna səfər etdilər. Canını vətən uğrunda fəda edən şəhidlərimizin əmanətlərinə, yadigarlarına baş çəkərək, baxışlarına qüruru, qəlbinə valideyn həsrətini həkk edən övladlarına və aztəminatlı ailələrin uşaqlarına – ümumilikdə 100 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.

“Onlar Sevinsin” layihəsinin əsas məqsədi yeni dərs ili öncəsi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsillərinə dəstək olmaqdır.

Qeyd edək ki, “Onlar Sevinsin” layihəsinin 5 illik icrası dövründə Bank of Baku-nun əməkdaşları Lerikin Andurma, Qubanın Qalaxudat, Şəkinin Təpəcənnət kəndinə, Şirvan şəhərinə, Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə, Tovuzun Ağdam kəndinə, Gəncə şəhərinə və Göygöl rayonuna səfər edərək, ümumilikdə 600 nəfərə yaxın məktəblinin sevincinə səbəb olmuş və təhsillərinə töhfə vermişdir.

“Onlar Sevinsin” layihəsinin 5 il ərzində keçdiyi yolları əks etdirən video çarxlarla aşağıdan tanış ola bilərsiniz:

Bank of Baku © 2021
Site by Jeykhun Imanov Studio