Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Ads
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

“Dəyərli dostlara dəyərli hədiyyə” stimullaşdırıcı tirajlı lotereya

“Bank of Baku” Daimi KREDİT müştəriləri olan “Dostlar klubu” üzvləri üçün lotereya keçirdir. 
Daimi müştərisənsə, Sən də Klubun üzvü ol, lotereyada qalib olan 717 müştərimizdən biri ol! 

HƏDİYYƏLƏRİMİZ - 80 000 manat məbləğində “Dostlar klubu” bonusu, 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon!

Lotereya 2 tirajdan ibarətdir:

Tiraj №Tirajın keçirilmə tarixiKeçirilmə məkanı
1-ci tiraj27.11.2013Bank of Baku
2-ci tiraj14.12.2013ATV kanalı
Saat 20:00 - canlı yayım


Lotereyada iştirak hüququna malik olmaq üçün müştəri aşağıdakı tələblərə cavab verməlidir:

  • “Dostlar Klubu” kartına malik olmalıdır;
  • Bankın müsbət kredit tarixçəli müştərisi olmaldır;
  • Tirajın keçirilməsinə 3 iş günü qalmış tarixə heç bir cari kredit gecikmədə olmamalıdır;
  • Bankın əməkdaşı və ya aidiyyati şəxs olmamalıdır;
  • Lotereyada lotereya biletləri yoxdur.

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 (altı) rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə tiraja ən azı bir gün qalmış göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir. 

Müştərilərin eyniləşdirmə kodları hər tiraj üçün ayrılıqda müəyyən edilir. 
İlk tirajda qalib gələn iştirakçılar növbəti tirajda da iştirak hüququ əldə edə bilər. 

Kodların təyin edilməsi müştərinin sahib olduğu “Dostlar Klubu” kartının kateqoriyasına müvafiq olaraq aşağıdakı qaydalarla təyin edilir:

  • Gümüş” kateqoriyalı kart sahibləri üzrə: min. “000001” - max. lotoreyada iştirak hüququ əldə edən “Gümüş” kateqoriyalı kart sahiblərinin sayı.
  • “Qızıl” kateqoriyalı kart sahibləri üzrə: “Gümüş” kateqoriya üzrə sonuncu koddan etibarən lotoreyada iştirak hüququ əldə edən “Qızıl” kateqoriyalı kart sahiblərinin sayı qədər.
  • “Brilliant” kateqoriyalı kart sahibləri üzrə: “Qızıl” kateqoriya üzrə sonuncu koddan etibarən lotoreyada iştirak hüququ əldə edən “Brilliant” kateqoriyalı kart sahiblərinin sayı qədər.
Ümumi uduş fonduQaliblərin sayı

80000 manat həcmində “Dostlar klubu” xüsusi bonusu

555

12500 manat həcmində kupon ve 121 ədəd süvenir-gümüş sikkə

121

55 ədəd qızıl sikkə

26

14 ədəd müxtəlif əyarlı brilliant daş

14

500 həcmində mobil danışığa çevrilə bilən bonus və 20 illik komissiyasız kredit rəsmiləşdirmə hüququ (nağd, həmçinin gələcəkdə “Dostlar Klubu” bonusunun istifadə edilə biləcəyi digər kreditlər üzrə)

1

Cəmi qaliblərin sayı

717


Uduş fondunun ümumi məbləği tirajlar üzrə müvafiq olaraq aşağıdakı kimidir. 

1-ci tiraj üzrə uduş fondu:

  • 500 (beş yüz) qalibə 100 (bir yüz) manat ekvivaletindində “Dostlar Klubu”-nun xüsusi bonusu
  • 50 (əlli) qalibə 500 (beş yüz) manat ekvivalentdində “Dostlar Klubu”-nun xüsusi bonusu
  • 5(beş) qalibə isə 1000 (bir min) manat ekvivalentdində “Dostlar Klubu”-nun xüsusi bonusu 

2-ci tiraj üzrə uduş fondu:

  • 1 (bir) qalibə 500 manat ekvivalentində “Dostlar Klubu”-nun mobil bonusu, həmçinin 20 (iyirmi) il müddətdə komissiyasız kredit rəsmiləşdirmə hüququ (nağd, həmçinin gələcəkdə “Dostlar Klubu” bonusunun istifadə edilə biləcəyi digər kreditlər üzrə).

Gümüş kateqoriyalı müştərilər üzrə:

  • 100 (bir yüz) qalibə 1 (bir) ədəd suvenir gümüş sikkə və 50 manat pul ekvivalentində kupon
  • 20 (iyirmi) qalibə 1 (bir) ədəd suvenir gümüş sikkə və 250 manat pul ekvivalentində kupon
  • 1 (bir) qalibə 1 (bir) ədəd suvenir gümüş sikkə və 2500 manat pul ekvivalentində kupon

Qızıl kateqoriyalı müştərilər üzrə:

  • 20 (iyirmi) qalibə 1 (bir) ədəd çəkisi ən azı 7,7 qram və əyarı ən azı 583 (beş yüz səksən üç) olan qızıl sikkə
  • 5 (beş) qalibə 5 (beş) ədəd çəkisi ən azı 7,7 qram və əyarı ən azı 583 (beş yüz səksən üç) olan qızıl sikkə
  • 1 (bir) qalibə 10 (on) ədəd çəkisi ən azı 7,7 qram və əyarı ən azı 583 (beş yüz səksən üç) olan qızıl sikkə

Brilliant kateqoriyalı müştərilər üzrə:

  • 10 (on) qalibə 1 (bir) ədəd ən azı 0.4 (sıfır tam onda dörd) karat əyyarlı brilliant daş
  • 3 (üç) qalibə 1 (bir) ədəd ən azı 0.6 (sıfır tam onda altı) karat əyyarlı brilliant daş
  • 1 (bir) qalibə 1 (bir) ədəd ən azı 0.9 (sıfır tam onda doqquz) karat əyyarlı brilliant daş

İlk tirajın qaliblərinin mükafatları tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların “Dostlar Klubu” kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.

İkinci tirajın qaliblərinə mükafatlar tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində təqdim edilir. 

Lotereyada qalib olmuş şəxs qalib elan olunduqdan sonra lotereya təşkilatçısının bu məqsədlə təşkil və ya sifariş etdiyi reklam və təbliğat tədbirlərində iştirak etməsi, o cümlədən mətbuatda bununla bağlı müsahibə verməsi, video, foto və televiziya çəkilişlərində iştirak etməsi təklifinə 7 (yeddi) iş günü müddətində yazılı formada etiraz etmədikdə, həmin reklam və təbliğat tədbirlərində iştirak etməli, o cümlədən mətbuatda bununla bağlı müsahibə verməli, video, foto və televiziya çəkilişlərində iştirak etməli, habelə adının açıqlanmasına etiraz etməməlidir.

Qalib olmuş iştirakçı mükafatın alınması üçün uduş fondu oynanılandan 7 (yeddi) iş günü sonra və 90 (doxsan) iş günü ərzində müraciət etmədikdə və ya mükafatı qəbul etməkdən imtina etdikdə mükafat tələb olunmamış hesab edilir və təşkilatçının mülkiyyətinə keçir.

Hazırda “Bank of Baku” -nun 120.000-ə yaxın müştərisi “Dostlar Klubu”-nun üzvdür.“Dostlar Klubu kartı – Bank of Baku ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və bankın müəyyən etdiyi qaydalara əsasən müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən Bank təsisatıdır. “Dostlar Klubu” layihəsi çərçivəsində müştərilərə 3 növ kart rəsmiləşdirilir: “Gümüş” (bankla əməkdaşlıq müddəti 35 ayadək olduqda), “Qızıl” (bankla əməkdaşlıq müddəti 36-59 ay olduqda) və “Brilliant” (bankla əməkdaşlıq müddəti 60 ay və daha yuxarı olduqda) kartlar. Dostlar Klubuna üzv olan müştərilərə xüsusi bonuslar və Təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar “Dostlar Klubu”na üzv olan müştərilərin kreditlər üzrə yerinə yetirdikləri ödənişlər əsasında formalaşır və “Gümüş” kart sahiblərinin kredit üzrə etdikləri ödənişlərin 0.5 (sıfır tam onda beş) faizi, “Qızıl” kart sahiblərinin müvafiq ödənişlərinin 1 (bir) faizi, “Brilliant” kart sahibləri üzrə isə 2 (iki) faizi xüsusi bonus formasında müştərinin “Dostlar Klubu” kartında toplanır.“Dostlar Klubu”na üzv müştəri yığılmış bonusların 20 (iyirmi) faizini mobil danışıq dəqiqələri ilə əvəzləyə bilir. Həmçinin xüsusi bonuslar nağd kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir. 

Xüsusi ekspress kredit xəttinin limiti 150 AZN, qaytarılma müddəti növbəti ayın 10-a (on) qədərdir. Ekspress kredit xəttindən istifadə zamanı kart sahibindən hər 50 (əlli) manatadək istifidəyə görə 3 (üç) manat, 51 (əlli bir) manatdan 100 (bir yüz) manatadək istifadəyə görə 4 (dörd) manat, 101 (bir yüz bir) manatdan yuxarı istifadəyə görə isə 5 (beş) manat məbləğində nağdlaşdırma komissiyası tutulur. 

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio