imgimg

“Bank of Baku” ASC reytinqini qoruyub saxlayır!

“Bank of Baku” ASC reytinqini qoruyub saxlayır!

Devalvasiyadan sonra ölkəmizin bir sıra maliyyə təsisatlarına verilən reytinqlərdə dəyişiklik olsa da Bank of Baku növbəti qiymətləndirmə zamanı da öz reytinqini qoruyub saxlaya bilmişdir. Bankın Moody’s beynəlxalq reytinq agentliyi tərəfindən ən son dərc edilmiş reytinqi B1 səviyyəsində təyin edilmişdir. Reytinqin saxlanılmasına əsas səbəblər yüksək xalis faiz gəlirliliyi (ehtiyatlardan əvvəl), yüksək likvidlik, xərclərə nəzarət mexanizmlərinin mövcudluğu, problemli kreditlərin qarşılığında yaradılmış adekvat ehtiyatlar və güclü kapitalın olmasıdır.

Belə ki, 2015-ci ilin ilk 6 ayının maliyyə hesabatlarına əsasən Bankın əsas maliyyə göstəriciləri aşağıdakı kimi olmuşdur:

 

  Göstərici Mərkəzi Bankın tələbi
Məcmu kapitalın adekvatlığı əmsalı 17.29% 12.00%
Məcmu kapital 107 460 570 AZN 50 000 000 AZN
Ayrılmış ehtiyatların problemli kreditlərə nisbəti 132.7% -



Eyni zamanda, cari ilin əvvəlində manatın devalvasiyası və neftin qiymətinin kəskin düşməsi ilə bağlı valyutada kredit götürən müştərilərin ödəniş qabiliyyətində pisləşmə ehtimalını, bunun aktivlərin keyfiyyətinə və Bankın gələcəkdəki gəlirliliyinə təsirini nəzərə alaraq reytinq agentliyi Bankın reytinq proqnozunu stabildən neqativə çevirib. Nəticədə son dərc olunmuş hesabata əsasən Bankın reytinqi B1 neqativ olaraq təsdiq olunmuşdur.

Biz müştərilərimizin bankımıza olan etibarını qoruyub saxlamaq üçün göstəricilərimizin yüksək olması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Return to list