Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Ads
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku kompensasiya ödənişlərinə başladı!

23 April 2019

Ölkənin innovativ bankı Bank of Baku, 22 aprel tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, kompensasiya ödənişlərinə start verdi.

İlkin mərhələdə 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edən Bank, kompensasiya ödənişlərinin ilk günündə - yəni 22 aprel tarixində ümumilikdə 3714 nəfər müştəriyə kompensasiya ödəyib. Bank bildirib ki, kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipinə əsasən ödəniləcək.

Bank ilk kompensasiya alan müştərisini də təyin edib. Elnur Talıblı adlı müştəri bankdan aldığı dollar kreditinə görə hesablanmış kompensasiya məbləğini əldə edərkən, ölkə başçısı Cənab İlham Əliyevə vermiş olduğu qərar üçün təşəkkürünü bildirib.

Hal-hazırda bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. Qeyd edək ki, müştərilər kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında SMS və ya zəng vasitəsilə məlumatlandırılacaq. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, yeni telefon nömrələrini təqdim etmələri tövsiyyə olunur.

Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər.

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio