Currency rates
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi!

8 December 2020

Moody’s beynəlxalq reytinq agentliyi dərc etdiyi son hesabatında “Bank of Baku”-nun reytinqini yüksəldib.

Belə ki, bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi Caa1-dən B3 səviyyəsinə artırılıb. Agentlik eyni zamanda, Bank of Baku-nun baza kredit qiymətləndirməsini Caa1-dən B3 səviyyəsinə, yerli və xarici valyutada uzunmüddətli kontragent risk reytinqini və uzunmüddətli kontragent risk qiymətləndirməsini B3-dən B2 səviyyəsinə qaldırıb.

Agentliyin qeydinə əsasən, Bank of Baku-nun öhdəlikləri əsasən müştəri depozitlərindən və Mərkəzi Bankın maliyyələşməsindən ibarət olan maliyyə və likvidlik göstəriciləri stabildir. Həmçinin, 30 sentyabr 2020-ci il tarixinə əsasən, bankın likvidlik göstəriciləri yüksək səviyyədə olub, ümumi aktivlərinin 30%-ni təşkil edib.

Bank of Baku-nun maliyyə vəziyyətinin sabitliyi və likvidlik göstəricilərinin stabilliyi də agentliyin hesabatında öz əksini tapıb.

"Moody’s” ekspertlərinin rəyinə görə, bankın reytinqlərində bu yüksəlişin səbəblərindən biri də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası çərçivəsində kreditlərin restrukturizasiyası istiqamətində görülmüş işlərdir.

Qeyd edək ki, Bank of Baku 5-i regionda olmaqla, ümumilikdə 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir. Bank haqqında ətraflı məlumat almaq üçün Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə-https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq daxil olaraq tanış ola bilərsiniz.

Bank of Baku © 2021
Site by Jeykhun Imanov Studio