Курсы валют Перезвонить вам?
Жалобы и предложения
Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Реальные истории
Филиалы и банкоматы
Видео
Selectors
Ads
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Человеческие ресурсы

Təcrübə imkanları


Hər il bankımızda onlarla şəxs müxtəlif funksional sahələr üzrə təcrübə keçmək imkanı əldə edir. Bank of Baku-da təcrübə keçən şəxslər işçilər üçün keçirilən müxtəlif layihələrə cəlb olunmaq imkanı, həmçinin təcrübəçilərin bir qismi təcrübə bitdikdən sonra bankda işlə təmin olunmaq imkanı əldə edirlər. Təcrübə müddəti yarımgünlük və ya tamgünlük olmaqla 1 - 3 ay müddətinə təşkil edilir.

Əgər siz də Azərbaycanın ən dinamik banklarından birində təcrübə keçmək istəyirsinizsə, “Təcrübə” sözünü və maraqlı olduğunuz sahənin adını məktubun mövzu hissəsində qeyd etməklə (məsələn, Təcrübə - Müştəri Xidmətləri) hr@bankofbaku.com ünvanına öz CV və ya rezümenizi göndərə bilərsiniz.

Təqaüd proqramı


Bank of Baku tələbə və məzunların təkcə təhsildən sonra deyil, təhsil müddətində də qayğısına qalmağı öz sosial missiyasının bir hissəsi hesab edir. Bu məqsədlə bank hər il bir neçə tələbəyə birbaşa təqaüd və ya təhsil haqqı formasında yardım edir. Hal-hazırda biz bu istiqamətdə ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edirik.

Təhsil-biznes əməkdaşlığı


Bank of Baku olaraq inanırıq ki, uğurlu biznesin təməli dəstəklənən təhsildədir. Bu məqsədlə biz mütəmadi olaraq təhsil layihələrinə dəstək olur və təhsil müəssisələri ilə əməkdaşlıq edirik. Təsadüfi deyil ki, artıq xeyli müddətdir ki, bankımız tərəfindən Azərbaycanın bir neçə nüfuzlu universitetində bankçılıq laboratoriyaları yaradılmışdır. Bundan başqa, biz tələbələr və universitetlər üçün müxtəlif nəşrlərin əldə edilməsini maliyyələşdiririk.

Bank of Baku © 2019
Site by Jeykhun Imanov Studio